Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları barəsində cinayət işinin başlanması ilə bağlı yayılan məlumat doğru deyil
Report yazır ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
O bildirib ki, vəkil Orxan Kəngərlinin polis şöbəsində təzyiqə məruz qalması barədə etdiyi müraciətə əsasən Binəqədi Rayon Prokurluğunda müvafiq araşdırma davam edir və nəticəsi barədə məlumat veriləcək.
Nə baş verib: Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yayılıb. Daxili İşlər Nazirliyi əvvəl məlumatın yalan olduğunu açıqlayıb. Sonradan vəkilə qarşı zorakılığa yol verdiyinə görə, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə polis əməkdaşları işdən çıxarılıb. Sosial şəbəkədə isə şöbənin əməkdaşları barədə cinayət işinin başlanması barədə məlumat yayılıb.