Amerika Birləşmiş Ştatları (ABŞ) “WikiLeaks”in yaradıcısı Culian Assancın ekstradisiyası üçün Böyük Britaniyaya rəsmi müraciət edib.
Sputnik yazır ki, Assancın ABŞ-a təhvil verilib-verilməyəcəyi isə sabah məlum olacaq. Məhkəmə prosesinin Assancın saxlanıldığı Belmarş həbsxanasında baş tutması gözlənilir.
Nə baş verib: Ötən həftə 47 yaşlı Assancın səhhəti pisləşib və o, həbsxananın müalicə müəssisəsinə köçürülüb. Vəkilləri onun əqli vəziyyətinin də yaxşı olmadığını bildiriblər. Səhhətinə görə Assanc mayın 31-ində baş tutan məhkəmə iclasında iştirak edə bilməyib və məhkəmə dinləməsi təxirə salınıb.