İran hakimiyyəti “New York Times” qəzetinin Tehran müxbiri Tomas Erdbrinkin media akkreditasiyasını bu ilin fevral ayında heç bir səbəb göstərmədən ləğv edib.
New York Times yazır ki, bununla da Tomasın İranda jurnalistika fəaliyyəti ilə məşğul olması qadağan edilib.
Bildirilir ki, Tomas Hollandiya vətəndaşıdır və 2012-ci ildən bəri İranda işləyir.
- 2015-ci ildə “Washington Post” qəzetinin müxbiri Ceyson Rezayan Tehran hakimiyyəti tərəfindən cəsusluqda ittiham olunaraq həbs edilib. Jurnalist İran ilə ABŞ arasında 2016-cı ilin yanvar ayında nüvə sazişi imzalandıqdan sonra azadlığa buraxılıb.