Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Putin jurnalistə görə 2 polis generalını işdən azad edib

13 İyun 2019
A A
Putin jurnalistə görə 2 polis generalını işdən azad edib

Vladimir Putin. Foto: Alexei Nikolsky / TASS

Vladimir Putin. Foto: Alexei Nikolsky / TASS

Rusiya prezidenti Vladimir Putin “Meduza” internet-qəzetinin jurnalisti İvan Qolunov işinə görə 2 polis generalını tutduğu vəzifədən uzaqlaşdırıb.

TASS yazır ki, məlumatı bu gün Kremlin mətbuat xidməti yayıb.

İşdən azad edilənlər kimlərdir: İvan Qolunova qarşı cinayət işi açan general-mayor, Rusiya Daxili İşlər Nazirliyinin Moskvanın Qərb administrasiyası dairəsinin rəisi Andrey Puçkov və general-mayor, Rusiya Daxili İşlər Nazirliyinin Narkotik maddələrin dövriyyəsinə nəzarət üzrə Moskva idarəsinin rəisi Yuri Devyatkin vəzifədən uzaqlaşdırılıb.

Bundan öncə ölkənin daxili işlər naziri Vladimir Kolokoltsev dövlət başçısından Qolunov məsələsi ilə əlaqədar 2 generalı vəzifədən azad etməyi xahiş edib. Kolokoltsev jurnalistə qarşı ittihamın sübut tapılmaması səbəbilə ləğv edildiyini açıqlayıb.

Nə baş verib: Meduzanın araşdırmaçı jurnalisti İvan Qolunov 6 iyunda saxlanılıb. Jurnalist narkotik maddələri hazırlamaq və satmaqda ittiham edilib. İttiham təsdiqini tapdığı halda İvan Qolunovu 10 ildən 20 ilə qədər həbs cəzası gözləyirdi. “Meduza” isə əmin idi ki, jurnalist peşə fəaliyyətinə görə həbs edilib. Əvvəlcə ev dustaqlığına məhkum edilən jurnalist dünən sərbəst buraxılıb.

İyunun 11-də İvan Qolunova qarşı açılan cinayət işinə xitam verilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia