Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Böyük Britaniyanın yeni baş naziri Boris Conson ola bilər

14 İyun 2019
A A
Tereza Meyi əvəz etmək istəyən 10 namizəd kimdir və nə vəd edirlər?

Boris Conson. Foto: Getty images

Böyük Britaniyada Mühafizəkar Partiyanın yeni lideri və eyni zamanda da ölkənin baş naziri olmağa namizədlər üçün ilk səsvermə baş tutub.

Euronews yazır ki, səsvermədə partiyanın 313 deputatı iştirak edib. 114 səslə Boris Conson ən çox səs toplayan namizəd olub. Onun ardınca 43 səslə Ceremi Hant və 37 səslə Maykl Qouv gəlir.

Qaydalara görə, namizədlər növbəti səsvermədə iştirak edə bilmək üçün ən az 17 səs əldə etməli idilər. Bu səbəblə 17-dən daha az səs toplayan Andrea Ledsom, Ester Makvi və Mark Harper baş nazir olmaq şansını itirib.

B.Conson səsvermədən sonra “Twitter” hesabında qələbəsini bu sözlərlə elan edib:

İlk səsvermədən qalib ayrıldığım üçün xoşbəxtəm. Ancaq qarşıda uzun bir yol var

Səsvermədə ikinci olan Ceremi Hant isə nəticədən narazı olduğunu yazıb:

Ölkənin gələcəyi üçün risk heç vaxt bu qədər yüksək olmayıb. Hazırda keçdiyimiz bu ciddi proses, ciddi bir liderə ehtiyac duyur

Boris Conson kimdir: Ən güclü namizədlərdən biri hesab edilən 54 yaşlı Boris Conson 2008-2016-cı illərdə London meri, 2016-2018-ci illərdə isə xarici işlər naziri kimi fəaliyyət göstərib.

B.Consonu ölkənin Avropa Birliyindən (AB) sazişsiz belə olsa, mütləq ayrılmasını istəyənlər dəstəkləyir. O, AB-dən ayrılmaq üçün 40 milyard funt sterlinq məbləğində ödənişi etməməyi, orta təhsil büdcəsini və polis sayını artırmağı vəd edir.

B.Conson 2016-cı ildə o vaxtkı baş nazir Devid Kameronun istefa verməsindən sonra da liderlik üçün namizəd olub, amma son anda bu fikirdən daşınıb.

Baş nazir necə seçiləcək: 13 iyunda İcmalar Palatasında namizədlər üçün səsvermə baş tutub. Ən az 17 səs toplaya bilənlər növbəti səsvermədə iştirak etməyə haqq qazanıb. Növbəti səsvermə isə 17 iyunda keçiriləcək. Bu dəfə namizədlər ən az 33 səs toplamalı olacaqlar. Namizədlərdən 2-si səs çoxluğu əldə edə bilməsə, 19-20 iyunda sonuncu səsvermə keçiriləcək.

Namizədlərin sayı 2-yə düşdükdən sonra 125 min partiya üzvü poçt vasitəsilə səsvermədə iştirak edəcək. Səsvermə 22 iyuna qədər davam edəcək. Nəticə isə iyulun 23-ü açıqlanacaq.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia