Çərşənbə axşamı, 13 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Axmaqlar daima həyatdan məmnundurlar” Çingiz Aytmatovun əsərlərindən cümlələr

22 İyun 2019
A A
“Axmaqlar daima həyatdan məmnundurlar” Çingiz Aytmatovun əsərlərindən cümlələr

Çingiz Aytmatov. Foto: Pinterest

Çingiz Aytmatov. Foto: Pinterest

Çingiz Aytmatov kimdir: Qırğız yazıçısı Çingiz Aytmatovun atası Torekul Aytmatov dövlət xadimi olub, 1937-ci ildə həbs olunub, 1 il sonra isə güllələnib. Yazıçının anası Nagima Aytmatova isə yerli teatrda aktrisa idi.

Miflə müasirliyin harmoniyasını yaradan yazar əsərlərində əfsanələrə və xalq hekayələrinə də tez-tez müraciət edib. Aytmatova ilk uğuru “Cəmilə” əsəri qazandırıb. 1966-cı ildən sonra bütün əsərlərini rus dilində qələmə alıb və yazdıqları 176 dilə tərcümə edilib.

Çingiz Aytmatov yazıçılıqla yanaşı atası kimi dövlət xadimi də olub. O, SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri kimi fəaliyyət göstərib.

Ç.Aytmatov 2008-ci ildə pnevmoniya xəstəliyindən vəfat edib.

Yazıçının əsərlərindən yaddaqalan hesab olunan cümlələr:

1

Gözlərimi yuma bilər, qulaqlarımı tıxaya bilərdim, amma düşünməyə bilməzdim.

“Torpaq Ana” əsərindən

2

Əlindən malını-mülkünü, varını-yoxunu alsalar, bu səni öldürməz. Bunları yenə əldə edə bilərsən. Ancaq sənin qürurunu sındırıb, ruhunu öldürsələr, bunun çarəsi yoxdur…

“Gün var əsrə bərabər” əsərindən

3

Bir insanın başqalarına edə biləcəyi ən böyük yaxşılıq, öz övladlarını yaxşı tərbiyə etmək, yaxşı yetişdirməkdir.

“Gün var əsrə bərabər” əsərindən

4

Axmaqlar daima həyatdan məmnundurlar.

“Ağ gəmi” əsərindən

5

Danışmağa nə hacət? İnsan hər şeyi izah edə bilməz, onsuz da kəlmələr də hər şeyi izah etməyə kifayət etmir.

“Cəmilə” əsərindən

6

Bədbəxt qadınlar, məzarlarınızdan çıxın! İnsanlıqdan çıxmış formada, kölgə kimi yaşamaqdan xilas olun! İnsan kimi yaşamaqdan məhrum edilən qadınlar, birləşin! Keçmiş vaxtların qaranlıqları qarşımızda titrəsin. Bunları mən, bu vəziyyəti yaşayan son qadın olaraq deyirəm sizə…

“İlk müəllimim” əsərindən

7

Dövlət bir sobadır və yanacağı da insandır. Yandıracaq insan olmasa, soba sönər. Sönən, yanmayan sobanın heç bir faydası yoxdur. Digər tərəfdən bu insanlar da dövlət olmadan yaşaya bilməzlər. Sobanı yandıran onlardır. Vəzifələri sobanı yanılı vəziyyətdə saxlamaq olanlar yanacaq təmin etməlidirlər. Hər şey bundan asılıdır!

“Çingiz xandan küsən bulud” əsərindən

8

Bir insan üçün ən çətin şey, insan olaraq qalmaqdır.

Çingiz Aytmatovun vəsiyyətindən (Məzar daşında da bu cümlə qeyd olunub)

 

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024
Detallı

COP29-a ev sahibliyi edən neft ölkəsində iqlim və işçi hüquqları necə pozulur? 

06 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia