Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub

20 İyun 2019
A A
İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub

Foto: CC0

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu barədə bəyanat yayıb.

Sputnik yazır ki, bəyanatda Amerikanın İranın hava sərhədlərini pozan “Global Hawk” pilotsuz aparatının İİKK hərbi-hava qüvvələri tərəfindən Hormozqan əyalətinin Kuxe Mübarək rayonu üzərində vurulduğu bildirilib.

“Associated Press”ə açıqlama verən ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) mətbuat katibi Bill Urban xəbəri təkzib edib. O, İranın hava məkanına ABŞ-a məxsus heç bir pilotsuz uçuş aparatının daxil olmadığını deyib.

Digər ABŞ rəsmisi isə PUA-nın vurulduğunu təsdiqləyib, amma onun İranın hava məkanında yox, beynəlxalq hava sahəsində vurulduğunu deyib.

Nə baş verib: Ötən həftə Oman körfəzində iki neft tankerinin hücuma məruz qalmasından sonra ABŞ ilə İran arasında münasibətlər daha da gərginləşib. ABŞ hücumu İranın həyata keçirdiyini iddia edir, İran tərəfi isə bu ittihamları qəbul etmir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia