Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisidə 240 nəfərin xəsarət almasına səbəb olan aksiyalara görə istefa verib.
Bu barədə hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının siyasi şurasının iclasında qərar qəbul edilib.
İ.Kobaxidze 2016-cı ilin noyabrında bu vəzifəyə gəlib.
Nə baş verib: Dünən Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilov Azərbaycanda səfərdə olan parlament sədri İ.Kobaxidzenin yerində oturub. Bu, parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar rusiyalı nümayəndə heyətinin parlamentə buraxılmasına etiraz ediblər.
Bir qrup ictimai fəal və müxalifət partiyaların üzvü parlament qarşısında aksiya keçirib. Onlar Gürcüstanın parlament sədri İ.Kobaxidzenin istefasını tələb ediblər.