Çərşənbə axşamı, 9 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda əhali parlamenti niyə mühasirəyə alıb?

21 İyun 2019
A A
Gürcüstanda əhali parlamenti niyə mühasirəyə alıb?

Foto: Reuters / İrakli Qedenidze

Tbilisidə nə baş verib: Dünən Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilov Azərbaycanda səfərdə olan parlament sədri İrakli Kobaxidzenin yerində oturub. Bu, parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar rusiyalı nümayəndə heyətinin parlamentə buraxılmasına etiraz ediblər.

Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb.

Bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirib. Aksiyaya qoşulanların sayı getdikcə artıb və hadisə yerinə polis cəlb olunub.

Aksiyaçılar nə tələb ediblər?

Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini istəyiblər. Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin, daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin istefasını tələb ediblər. Tələblər arasında növbədənkənar parlament seçkilərinin keçirilməsi də olub.

Hadisə yerinə kimlər gəlib?

Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya etiraz aksiyasının keçirildiyi parlamentin qarşısına gəlib. O, etirazçıları dərhal binanın önünü tərk etməyə və qanuna əməl etməyə çağırıb. Əks halda, onlara qarşı tədbirlər görüləcəyini deyib. Aksiyanın böyüdüyünü görən Georgi Qaxariya daha sonra istefaya getməyə hazır olduğunu deyib:

Belə bir ehtiyac yaranarsa, mən problemsiz istefaya gedəcəyəm

Gürcüstanın baş naziri Mamuka Baxtadze də parlament binasına gəlib.

Polisin sərt müdaxiləsi:

Aksiya iştirakçıları və polis arasında qarşıdurma yaranıb. Polis dəmir hasarları qıraraq parlament binasına daxil olmağa cəhd edən etirazçıların qarşısını alıb. Kütləvi aksiyanın dağıdılması üçün parlament yaxınlığına su şırnağı maşını cəlb olunub. Daha sonra gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edilib. Xüsusi təyinatlı dəstələr isə aksiyaçılara rezin güllələrlə atəş açıblar, xəsarət alanlar olub.

Kimlər xəsarət alıb?

Gürcüstanın keçmiş Səhiyyə naziri David Sergeyenko bildirib ki, Tibilisidəki etiraz aksiyası zamanı 70-ə yaxın insan yaralanıb, onlardan 30-u aksiya iştirakçısı, 38-i isə hüquq mühafizə orqanları işçiləridir.

Gürcüstan Baş Nazirinin müavini David Serqeenko isə xəsarət alanlar arasında jurnalistlərin də olduğunu deyib:

Aksiya zamanı “TV Pirveli”, “Rustavi 2”, “1-ci kanal” teleşirkətinin, “Kavkazskiy uzel” portalının, eləcə də “Röyters” agentliyinin əməkdaşları var

Ölkə prezidenti nə deyir:

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədəki vəziyyətlə bağlı rəsmi bəyanat yayıb. Gürcü prezident baş verənləri “Moskvanın planları” adlandırıb.

Zurabişvili müxalifəti insanları zorakılığa təhrik edən destruktiv qüvvələr adlandırıb və dövlətin də əsas vəzifəsinin ölkədə nizam-intizamı təmin etmək, qayda pozuntularına cavab vermək olduğunu bildirib.

Belarusda rəsmi səfərdə olan S.Zurabişvili baş vermiş kütləvi aksiyalara görə təcili ölkəsinə qayıtmalı olub. O səfər zamanı həm də fəxri qonaq kimi II Avropa Oyunlarının açılış mərasimində iştirak etməli idi.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze də bu gün Azərbaycana rəsmi səfərini dayandıraraq ölkəsinə geri qayıdıb.

  • Rusiya nümayəndə heyəti dünən Gürcüstanı tərk edib. Rusiyalı deputatlar əleyhinə aksiyalar Tbilisi ilə yanaşı, Telavi və Qoridə də keçirilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia