Çexiyanın paytaxtı Praqada yüzminlərlə nümayişçi baş nazir Andrey Babişin istefasını tələb edib.
CNN yazır ki, Babiş Avropa Birliyinin ayırdığı subsidiyalardan düzgün istifadə etməməkdə ittiham edilir. Etirazçılar baş nazirin ölkəni idarə formasından və hökumətin ətraf mühitlə bağlı siyasətindən narahat olduqlarını bildirirlər.
Etirazçıların yürüşünə 250 minədək adamın qatıldığı bildirilir. Bu, ölkə tarixində son 30 ilin ən böyük etiraz aksiyası hesab edilir.
- Çexiya tarixindəki ən böyük aksiya 1989-cu ildə kommunizm idarəetməsi əleyhinə baş verib və bu aksiyalarda 750 min nəfər iştirak edib.