Tbilisidə Daxili İşlər Nazirliyinin binasına doğru avtomobil yürüşü başlayıb.
Rustavi2 yazır ki, yürüş iştirakçıları daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb edirlər.
Etirazçılar deyirlər ki, 20 iyunda baş verənlərdən G.Qaxarai məsuldur. Nümayişçilərdən biri deyir:
Hər kəs bu ölkədə şiddətin sona çatacağını bilmək istəyir
Aksiyaçılar bütün tələblər yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər.
Etirazçıların qəbul olunmayan tələbləri:
Daxili işlər nazirinin istefası
İyunun 20-də Tbilisidə keçirilən askiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılması
Nə baş verib: İyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilov Azərbaycanda səfərdə olan parlament sədri İrakli Kobaxidzenin yerində oturub. Bu, parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar rusiyalı nümayəndə heyətinin parlamentə buraxılmasına etiraz ediblər. Bir qrup ictimai fəal və müxalifət partiyaların üzvü parlament qarşısında aksiya keçirib. Hadisələrlə əlaqədar olaraq Gürcüstanın parlament sədri İrakli Kobaxidze istefa verib.