Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-də baş verən aksiyalar zamanı aksiyaçıları dağıtmaq üçün zor tətbiq edən 10 polis əməkdaşı işdən çıxarılıb.
Rustavi2 yazır ki, bu barədə məlumat verən Daxili İşlər Nazirliyinin rəsmisi Mamuka Çelidze onlardan 2-nin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib:
Daxili İşlər Nazirliyi etiraz aksiyası zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının mümkün qanun pozuntularını araşdırır. İstintaq çərçivəsində 10 polis əməkdaşının səlahiyyətinə xitam verilib