Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Corc Oruel və “1984” əsəri haqqında nələri bilmirik?

25 İyun 2019
A A
Corc Oruel və “1984” əsəri haqqında nələri bilmirik?

Foto: Pinterest

Corc Oruel kimdir: XX əsr İngilis ədəbiyyatının ən məşhur yazıçılarından biridir. Mətnlərindəki dəqiqlik, ictimai ədalətsizliyə qarşı maarifləndirmə və totalitarizmə qarşı mübarizə onun əsərlərinin əsas xüsusiyyətlərindən biridir.

1

Gənc Corc Oruel kollecdən məzun olandan sonra atasının istəyi ilə polis təşkilatına daxil olub. Bu dövrdə Böyük Britaniyanın müstəmləkəsi olan Birmaya göndərilib. Orada təhlükəli tropikal xəstəliyə tutulandan sonra geri qayıdır və bundan sonra yazıçı olmağa qərar verir.

2

Oruel kollecdə oxuyarkən yola gedə bilmədiyi şagirdlərdən birinə cadu edir. Təsadüfən həmin şagirdin öncə ayağı sınır, sonra isə qan xərçənginə yaxalanır və ölür. Oruel ömrünün sonuna kimi həmin gənci cadu ilə öldürdüyünə inanır və buna görə vicdan əzabı çəkir.

3

”Soyuq müharibə” ifadəsindən ilk dəfə Oruel istifadə edib.

4

1936- 1937-ci illərdə Oruel İspaniya vətəndaş müharibəsində iştirak edib. Snayperlə boynundan vurulan Oruel uzun müddət müalicə alıb.

5

Yazıçı ən məşhur kitabı “1984”ə ad seçəndə xeyli çətinlik çəkib. Onun kitab üçün nəzərdə tutduğu ilk ad “The Last Man in Europe” (“Avropadaki son adam”) olub.

6

Yazıçı kitabdakı hadisələrin baş verdiyi il barədə də uzun müddət qərarsız qalıb. O, əvvəlcə hadisələrin 1980 və ya 1982-ci illərdə cərəyan etməsi barədə düşünsə də, sonradan 1984-cü ilə qərar verib.

7

Yazıçı “1984” əsəri üzərində işlədiyi ərəfədə vərəmə yoluxub.

8

Oruel kitabındakı siyasi baxışları fərqli ölkələrdən ilham alaraq formalaşdırıb. O, sosialist idi və Stalinə müxalif kimi tanınırdı. Kitabda tənqid etidiyi siyasi fikirlərin çoxu Sovet Sosialist Respublikaları İttifaqını hədəf alıb. Həmçinin, “Kempeitai” adlandırılan yapon gizli polis təşkilatının “vətənpərvər olmayan fikirlərə malik” insanları həbs etməsindən ilhamlanıb “fikir cinayəti” qavramını inkişaf etdirib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia