Tbilisi Şəhər Məhkəməsində ötən gün deputat toxunulmazlığı ləğv olunmuş müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvü Nika Melianın işi üzrə iclas keçirilib. Gürcüstanın Baş Prokurorluğu məhkəməyə N.Melianın ilkin həbsi ilə bağlı müraciət edib.
Report yazır ki, məhkəmənin qərarına əsasən, N.Melia 30 min lari girov müqabilində azadlığa buraxılıb.
Keçmiş deputata yaşadığı yeri məlumat vermədən və istintaq orqanının razılığı olmadan tərk etmək qadağan olunub.
Nə baş verib: Keçmiş deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda təqsirləndirilir. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 6 ildən 9 ilədək həbs cəzası gözləyir.