Cümə axşamı, 15 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tbilisidə etirazlar 1 həftədir davam edir

27 İyun 2019
A A
Tbilisidə etirazlar 1 həftədir davam edir

Etirazçılar gözlərini bağlayaraq aksiyalar zamanı polisin istifadə etdiyi rezin güllədən bir gözünü itirmiş 18 yaşlı qızla həmrəylik bildiriblər. Foto: Facebook / Vakho Kareli

Gürcüstanın paytaxtı Tbilisidə İyunun 20-də Rusiya nümayəndə heyəti əleyhinə etiraz olaraq başlayan aksiyalar 7 gündür ki davam edir.

Anadolu Agentliyi bildirir ki, ötən gün müxalifətdən olan deputat Nika Melianın iğtişaşı qızışdırmaqda ittiham edilərək toxunulmazlığının ləğv olunması etirazçıları qəzəbləndirib.

Dünənki aksiyada iştirak edənlər yenə daxili işlər naziri Georgi Qaxariyanın istefasını tələb ediblər. Onlar hökumətin aksiyaları dağıtmaq üçün həddən artıq güc tətbiq etdiyini düşünür.

Aksiya təşkilatçıları bildiriblər ki, mitinqlərdə həbs edilənlərdən indiyə qədər 300 nəfəri azadlığa buraxılıb.

Gürcülər nəyə etiraz edir: İyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilov Azərbaycanda səfərdə olan parlament sədri İrakli Kobaxidzenin yerində oturub. Bu, parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar rusiyalı nümayəndə heyətinin parlamentə buraxılmasına etiraz ediblər.
Bir qrup ictimai fəal və müxalifət partiyaların üzvü parlament qarşısında aksiya keçirib. Hadisələrlə əlaqədar olaraq Gürcüstanın parlament sədri İrakli Kobaxidze istefa verib.

Hökumətdən nə tələb olunur: Etirazçılar 3 şey tələb ediblər. Onlar aksiyalarda saxlanılan 305 iştirakçının azadlığa buraxılmasını, daxili işlər nazirinin istefasını və 2020-ci ildə parlament seçkilərinin proporsional qaydada keçirilməsini istəyiblər. Parlament seçkiləri ilə bağlı tələb artıq qəbul olunub. Həbs olunanların isə bir qismi azadlığa buraxılıb.

 

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia