AXCP sədri Əli Kərimli bu gün Müsavat Partiyasının qərargahı önündə polis tərəfindən saxlanılıb.
Müsavat Partiyasının qərargahında bu gün keçirilən “Həmrəylik Marafonu”nda iştirak edən partiya sədri Binəqədi Rayon Polis İdarəsinə aparılıb.
Onunla yanaşı marafonu işıqlandıran Fatimə Mövlamlı və Nurlan Libre də polisə aparılıb.
Nə baş verib: Bu gün Müsavat Partiyasının qərargahında cərimələnən şəxslərin cərimələrinin ödənilməsi üçün yardım məqsədilə “Həmrəylik Marafonu” keçirilir. Tədbir saat 18:00-a qədər davam edəcək.