Çinin tərkibində muxtariyyət statusu olan Honq Konqda polis bibər qazınınn köməyi ilə hökumət binasını onu ələ keçirən etirazçılardan geri alıb.
Euronews yazır ki, Honq Konq lideri Kerri Lam bu ərazinin İngiltərədən ayrılıb Çinə birləşdirilməyinin 22-ci il dönümü ilə bağlı mərasimdəki etiraz aksiyalarını və etirazçıların parlamentə zorla daxil olmağını pisləyib.
Şəhər şurasına hücuma Çin də reaksiya verib. Çinin Honq Konq işləri üzrə bürosunun yaydığı açıqlamada da etiraz aksiyası iştirakçıları qınanıb. Açıqlamada qeyd olunub ki, baş verənlər “bir ölkə iki sistem” düsturu üçün açıq-aşkar sınaqdır.