Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan polisi hansı halda vətəndaşa atəş aça bilər? İzah edirik!

13 İyul 2019
A A
Azərbaycan polisi hansı halda vətəndaşa atəş aça bilər? İzah edirik!

İsmauıllı hadisələrində polis rezin güllələrdən istifadə edir. Foto: Abbas Atilay

Polis əməkdaşının odlu silahdan istifadəsi “Polis haqqında” Qanunun 26-cı maddəsi ilə tənzimlənir. Qanunvericiliyə əsasən polisin ixtiyarına xüsusi vasitələr verilir ki, bunlar dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələridir. Həmçinin zəruri hallarda istifadə üçün polis əməkdaşının sərəncamında odlu silah da olur.

İsmauıllı hadisələrində polis rezin güllələrdən istifadə edir. Foto: Abbas Atilay

Polis əməkdaşı həmin odlu silahdan hansı hallarda istifadə edə bilər?

  • Odlu silahla insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;

  • Odlu silahla qiyam və ya kütləvi ixtişaşlar baş verdikdə;

  • Odlu silah vasitəsilə girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə;

  • Yaşayaş binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında odlu silahla edilən basqın dəf edildikdə;

  • İnsan həyatına qəsd olunduqda və məcburi dayandırma vasitələrinin tətbiqi nəticə vermədikdə;

  • Şəxs yaxalanarkən silahlı müqavimət göstərdikdə;

  • İnsan həyatına real təhlükə yaradan cinayətin qarşısı alındıqda;

  • Odlu silahın digər şəxs tərəfindən ələ keçirilməsinin qarşısı alındıqda;

  • İnsana hücum edən və ya real təhlükə yaradan heyvan məhv edildikdə.

  • Şübhəli şəxs kimi tutulan, müvəqqəti azadlıqdan məhrum edilən, ya da ömürlük həbsə məhkum olunan şəxsin həbsdən qaçmasının qarşısını alınanda. Həmçinin bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə.

Polis əməkdaşı birbaşa atəş aça bilər, yoxsa xəbərdarlıq etməlidir?

“Polis haqqında” Qanunun 27-ci maddəsində xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı polis əməkdaşının vəzifələri qeyd olunub. Qanun deyir ki, odlu silahla basqın və ya silahlı müqavimət istisna olmaqla polis əməkdaşı insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda odlu silah tətbiq etməməlidir. Həmçinin qadınlar, azyaşlılar, yanında azyaşlı olan şəxslər, əlil və digər fiziki və psixi qüsurları aşkar bəlli olan insanlara qarşı da odlu silah, fiziki qüvvə və xüsusi vasitələr tətbiq olunmamalıdır.

Xəbərdarlıq: Polis əməkdaşı odlu silahı tətbiq etmədən öncə şifahi xəbərdarlıq etməli, ya da xəbərdarlıq atəşi açmalıdır. İstisna hallarda xəbərdarlıq etmədən odlu silahdan istifadə edə bilər.

Ümumiyyətlə isə qanun tələb edir ki, fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Yalnız real təhlükənin qarşısı alınarkən odlu silah tətbiq edilə bilər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia