Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstan-Azərbaycan sərhədindəki insident necə həll olunmalıdır? İzah edirik!

15 İyul 2019
A A
Gürcüstan-Azərbaycan sərhədindəki insident necə həll olunmalıdır? İzah edirik!

Turan TV-nin insidentlə bağlı yaydığı videodan skrinşot

Ötən gün “Keşikçidağ” ətrafında növbəti gərginlik baş verib. Gürcüstan vətəndaşlarının törətdiyiinsident zamanı onların Azərvaycan sərhədçilərinin silahlarını və silahların darağını ələ keçirdikləri bildirilir.

Dövlət Sərhəd Xidməti “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində baş verən insidentlə bağlı məlumat yayıb. Report yazır ki, DSX-nın “Şəmkir” sərhəd dəstəsi ərazisində iyulun 14-ü saat 14:50 radələrində Gürcüstan vətəndaşları Azərbaycan sərhəd naryadına qarşı insident törədib.
Məlumatda qeyd olunur ki, təxirəsalınmaz tədbir görülüb və insident qısa müddət ərzində aradan qaldırılıb. DSX-nın şəxsi heyəti ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Baş verən insident əslində necə tənzimlənməlidir? Hərbi ekspert Cəsur Sümərinli izah edir.

1. Silahı Azərbaycan əsgərindən alan gürcü vətəndaşına qarşı cinayət işi açılmalı, həmin vəziyyəti sakitliklə müşahidə edən gürcü sərhədçiləri məsuliyyətə cəlb olunmalıdır (Azərbaycan tərəfi ən azından bu prosesə başlamalı, bəyanatlar verməlidir);
2. Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana nota göndərməlidir və bu ölkənin səfiri XİN-ə çağırılmalı, ona narahatlıqlar bildirilməlidir;
3. Azərbaycan tərəfi rəhbərlik səviyyəsində sərhəd məsələsində heç bir güzəştə getməyəcəyini açıq bəyan etməlidir;
4. Sərhəd zonası (keçid məntəqələri istisna olmaqla) mülki şəxslər üçün qapalı olmalıdır. Onların əraziyə 1 km-dən çox yaxınlaşması qadağan edilməli, yaxınlaşanlar isə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Hər iki tərəf bunu razılaşdırmalıdır. Dini məbəd və obyektlər delimitasiya bitənə qədər, gərginlik sona çatana qədər turizm üçün tam qapalı olmalıdır;
5. Azərbaycanın Gürcüstandakı səfirliyi yerli QHT-lər üçün davamlı məlumatlandırma sessiyaları, dəyirmi masalar keçirməlidir, gürcü dilində məlumatlar, kitablar dərc olunmalı və müxtəlif strukturlara paylanılmalıdır;
6. Azərbaycan və Gürcüstanın dini liderləri məsələ ilə bağlı davamlı bəyanatlar verməlidirlər;
7. DSX-nın sərhəd bölgəsindəki (Gürcüstan, Ermənistan, Rusiya sərhədlərindəki və Xəzərdəki) əsgərlərinin ən azı rus dili bilməsi vacib hesab edilməlidir…

“Keşikçidağ” gərginliyi nə məsələdir: Bu il aprelin 25-də Azərbaycan sərhədçilərinin gürcü ziyarətçilərin kompleksə ziyarətini məhdudlaşdırdığı, xarici işlər nazirliklərinin müdaxiləsindən sonra problemin yoluna qoyulduğu barədə məlumatlar yayılıb. AzadlıqRadiosunun Gürcü xidmətinin yaydığı məlumata görə, Gürcüstanda “Güc birlikdədir” antikorrupsiya hərəkatının fəalları Azərbaycanla Gürcüstan arasındakı mübahisəli ərazinin – Keşikçidağ kompleksinin bir hissəsinin keşiyini çəkməyə başlayıblar. Həmin gün – mayın 5-də hərəkat fəallarıyla yanaşı yüzlərlə sakinin də əl-ələ verərək sərhədboyu dayandığı bildirilir. “Güc birlikdədir” qurumunun rəhbəri David Katsarava yalnız bu yolla gürcü xalqının mədəni mirasını qorumağın mümkün olduğunu bildirir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia