ABŞ prezidenti Donald Tramp Konqresin qadın üzvlərini gəldikləri yerə dönməyə çağırıb. Reuters yazır ki, bu barədə prezident Tvitterdə yazıb. Tramp onu mütəmadi tənqid edən 4 qadın Konqres üzvünü nəzərdə tutaraq bunları yazıb:
Öz ölkələrinin hökumətləri tamamilə fəlakətdir və daha da pisi dünyadakı digər bütün ölkələrdən daha korrupsiyalaşmış, daha faydasız olduğu halda dünyanın ən böyük və ən güclü milləti ABŞ xalqına hökuməti necə idarə etmək lazım olduğunu öyrədirlər. Niyə kriminal, tamamilə məhv olmuş yerlərinə geri qayıdıb onu düzəltmək üçün kömək etmirlər. Sonra bura qayıdıb necə etdiklərini göstərsinlər. Buraların sizin köməyinizə çox ehtiyacı var.
Tramp yazdığı tvitlərdə dəqiq ad hallandırmasa da onun hədəfində olan konqres üzvlərinin Aleksandria Okasio Kortez, Raşida Tlaib, Ayana Presli və İlhan Omar olduğu bildirilir.
Qadınlar Trampa nə cavab verib: Konqres üzvü Aleksandria Okasio Kortez (AOC) və digər üzvlər ona Tvitter vasitəsilə cavab veriblər.
Nyu-Yorkdan seçilən nümayəndə AOC: “Cənab Prezident, mənim “gəldiyim” ölkə bizim hamımızın and içdiyi ölkə – ABŞ-dır. Siz qəzəblisiniz, çünki bizi qəbul edən Amerika düşünə bilmirsiz”.
Masaçusetsdən seçilən Ayana Presli: “İrqçilik belə bir şeydir. Biz isə demokratiyayıq”
Miçiqanı təmsil edən Raşida Tlaib: Prezidentin qanunsuzluğuna və tamamilə uğursuzluğuna necə cavab vermək lazımdır?
O, böhrandır.
Onun təhlükəli ideologiyası böhrandır.
O, məsuliyyətə cəlb olunmalıdır.
Minesotadan seçilən İlhan Omar: Cənab Prezident. Konqres üzvü kimi üzərinə and içdiyimiz yeganə ölkə Amerika Birləşmiş Ştatlarıdır. Buna görə də biz onu indiyə qədər gördüyümüz ən pis, ən korlanmış və ən bacarıqsız prezidentdən qorumaq üçün savaşırıq.
Qadınlar əslən haralıdır:
İlhan Omarın ailəsi 1997-ci ildə Somalidən mühacir kimi Amerikaya gəlib.
İxtisasca vəkil olan Raşida Tlaib Fələstin əsillidir.
Aleksandria Okasio Kortez əslən Puerto Rikadan olan ailədə, Nyu-Yorkda doğulub.