Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

CNN yazır ki, Assanc ABŞ seçkilərinə müdaxilədə Rusiya ilə əməkdaşlıq edib

16 İyul 2019
A A
CNN yazır ki, Assanc ABŞ seçkilərinə müdaxilədə Rusiya ilə əməkdaşlıq edib

İllustrasiya: CNN

CNN Culian Assancın 2016-cı il ABŞ prezident seçkiləri ilə bağlı olan və oğurlanmış materialları əldə etdiyinə dair yeni sənədlər ortaya çıxarıb. Ekvador səfirliyinə sığınan Assanca həmin sənədələr oradakı şübhəli görüşləri zamanı çatdırılıb.

CNN-in yayımladığı yazıda Assancın Ekvador səfirliyini sərəncamlar verdiyi və 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunduğu fəaliyyətlərin mərkəzinə necə çevirdiyi haqqında yazılıb.

Assanca azadlıq tələbi ilə keçirilən aksiyalardan biri. Foto: Matt Dunham / AP

Yazıda deyilir ki, Assanc səfirliyə təhlükəsizlik üçün sığınsa da orada rusiyalılarla və dünya səviyyəli hakerlərlə seçkilər üçün önəmli hesab olunan vaxtlarda saatlarla davam edən görüşlər keçirib.

Assancın səfirlikdə keçirdiyi görüşlər və atdığı addımlarla bağlı detallar İspaniyanın xüsusi təhülkəsizlik şirkəti olan UC Global tərəfindən bir yerə toplanıb və CNN onları əldə edib. Toplanan sənədlərdə həmçinin WikiLeaks-in Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə necə kömək etdiyi də qeyd olunur.

Ekvadorlu xüsusi xidmət orqanı rəsmisi CNN-ə deyib ki, nəzarət hesabatları həqiqətdir.

Açıq mənbədən olan informasiyanın da daxil edildiyi hesabatda Assancın Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsinin olduğuna şübhə olmadığı deyilir.

UC Global şirkəti çoxsaylı sualları cavabsız qoyub.

Əslən avstraliyalı olan Assanc həmişə Kremlin üçün işlədiyini inkar edib və sızdırılan sənədlərin mənbəyinin Rusiya hökuməti və ya dövlət partiyası olmadığını deyib. Assanc hətta onu da deyib ki, əldə edəcəyi təqdirdə həmin vaxt namizəd olan Donald Tramp haqqında da ona ziyan vura biləcək informasiya yayımlaya bilər.

Culian Assanc barədə yazdığımız bu yazıdan onun barəsində daha ətraflı öyrənə bilərsən

CNN-in dərc etdiyi yazıya görə Assanc səfirliyə şəxsiyyəti təsdiq edən sənəd təqdim etmədən və yoxlamadan keçmədən daxil ola bilən adamların siyahısını yayımlayıb. Hətta ona ixtiyar verilib ki, ziyarətçi siyahısından bəzi adları silə bilər. Təhlükəsizlik hesabatlarına görə, Assanc izləmə kameralarından yayınmaq üçün qonaqları ilə qadın tualetində görüşüb.

Assancın səfirlikdə qaldığı müddətdə mütəmadi izləməni təmin etmək üçün Ekvador 3 təhlükəsizlik şirkəti ilə işləməyə başlayıb. Əldə olunan sənədlərdə deyilir ki, Assanc özünün səsyazma aparatlarını yaradıb və səs-küy yaradan maşınlardan istifadə edib.

Rusiya qapını döyməyə hazırlaşır

2016-cı ilin iyununda WikiLeaks rusiyalı hakerlərlə gizli əlaqə qurub və Assanc prezidentliyə namizəd Hilari Klintonla bağlı yeni materiallar dərc olunacağını bəyan edib.

Vəkil Robert Müllerin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı hazırladığı hesabatda deyilir ki, rusiyalı hakerlər WikiLeakslə bütün əlaqələrində onlayn vasitələrlə şəxsiyyətlərini gizlədiblər ki, buna emaillər və WikiLeaks-in Tvitter hesabına yazılan birbaşa mesajlar daxildir.

Donald Tramp Putinə: “Seçkilərimizə müdaxilə etmə!”

Ziyarətçi siyahısına görə, həmin ay Assanc rusiyalılar və Kremlinlə əlaqəsi olan başqa şəxslərlə ən azı 7 görüş keçirib.

İki görüş keçirilən Yana Maksimova adlı şəxsdən açıqlama almaq mümkün olmayıb. Onun barədə ümumiyyətlə məlumat yoxdur və 2016-cı ilin iyununda- belə vacib vaxtda onun səfirliyə niyə getdiyi bəlli deyil.

CNN əldə etdiyi sənədlərə əsasən Culian Assancın Kremlin tərəfindən idarə olunan media orqanı Russian Today-in rəhbər şəxsləri ilə görüşləri və yazışmaları haqqında məlumatlar dərc edib.

Səfirlikdən xaos yaratmaq

CNN yazır ki, Assanc özü də qeyd edib ki, o, hər şeyi səfirlikdən etmir, kənarda da ona kömək olanlar var. Yazıda onun müxtəlif hakerlərlə seçkilərdən öncə dəfələrlə görüşdüyü qeyd olunur.

2016-cı ildə prezident seçkisi kampaniyasına dəfələrlə müdaxilə etdiyi deyilən Assanc həmin il bu hərəkətlərinə görə məsuliyyətə cəlb olunmayıb.
Yazı müəllifləri hesab edir ki, WikiLeaks rəhbəri indi də Rusiya ilə müttəfiqdir.

Onun həbsindən sonra bir neçə saat ərzində Vladimir Putin hökumətinin rəsmiləri Assancın müdafiəsinə qalxdı və ABŞ-ı onun hüquqlarını pozmaqda ittiham edərək dedilər:

Demokratiyanın əli azadlığın boğazından yapışıb.

  • Bu arada Culian Assanc 2020-ci ilə qədər ABŞ-a təhvil verilməyəcək
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia