Bu yazı, Ronald Uintrobun “Diktaturanın siyasi iqtisadiyyatı” (“The Political Economy of Dictatorship”) əsərinin icmalının tərcüməsidir. İcmalı ABŞ-ın George Mason Universitetinin iqtisadiyyat üzrə professoru Brayn Kaplan hazırlayıb.
Bir akademik üçün vacib mövzuda nöqsansız əsər yazmaq, hər hansı maraqlı bir mövzunu araşdırmaqdan və bu zaman bir neçə səhv etməkdən daha etibarlıdır. “The Political Economy of Dictatorship” əsərində, Ronald Uintrob, daha riskli olan ikinci yolu seçir. Qeyri-çəkingən iqtisadi yanaşma istifadə edərək o, diktatorların necə hakimiyyətdə qaldıqlarını, siyasi təyziq və iqtisadi performansın bir-birlərinə necə təsir göstərdiyini, demokratik durğunluğun və milliyətçiliyin təbiətini və bürokratiyanın necə işlədiyini açıqlamağa çalışır.
Diktaturanın siyasi iqtisadiyyatı, Ronald Uintrob
R. Uintrob diktatorların əsasən orta gücünü və şəxsi istehlakını maksimuma çatdırdığını müəyyənləşdirən formal avtokratiya modeli ilə başlayır. Qütblərdə, hər hansı bir diktator – təmiz gücü artıran (totalitar) və ya təmiz şəxsi mənfəət artıran (fərasətsiz) ola bilər. Seçimləri nə olursa olsun, diktatorlar resursları rəqiblərini repressiyaya məruz qoymaq və sadiq dəstəkçilərini mükafatlandırmaq arasında bölüşdürməlidir.
Bu qərar, standart orta-mikroiqtisadi problem kimi görünsə də, xüsusilə əksik məlumat (diktatorların onlara müxalif olanları repressiyaya məruz qoymaq qabiliyyəti bir çox müxalifi məcbur edir ki, dəstəkçi kimi davransın) və düzgün tətbiq etməmək (nə diktatorlar, nə sadiq dəstəkçilər, nə də geniş mənada xalq bir-birlərinin sözlərinə asanlıqla etibar edə bilməzlər) kimi bəzi faktorlar analizi mürəkkəbləşdirir.
İqtisadçı olmayanlar böyük ehtimalla Uintrobun mənfəət artıran formal diktator modelini qısa yol olduğu halda uzun yoldan getmək kimi qiymətləndirəcək. Amma onun, əksik məlumat və düzgün tətbiq etməmək barədə vurğusu xeyli səmərəlidir. Uintrob demokratik idarəetmələrdə insanlanların cəzəlandırılma qorxusu olmadan seçim edə bildiyini və vədlərinə əməl etməyən siyasi liderlərdən seçki qutularında heyf çıxdığını açıqlayır. Bu cavablar nadir hallarda məlumat və tətbiqetmə problemləri üçün mükəmməl həll olur, amma diktatura rejimlərində vəziyyət daha da pisdir; insanlar həqiqətən nəyə inandıqlarını dilə gətirməkdən daha da çəkinir və vədinə əməl etməyən diktatoru cəzalandırmağın heç bir asan yolu olmur.
Buna görə də diktatorlar demokratik tətbiqetmə mexanizminin zəifliyini tarazlamaq üçün sədaqət şəbəkəsinin inşasına daha çox diqqət ayırır; eyni zamanda diktatorlar cəmiyyətin digər üzvlərinə potensial olaraq diktatorun istəkləri ilə təzad təşkil edən müqavilələrin icrasına icazə verən sədaqət zəncirinə qəfil hücum etməyə də meyillidirlər.
Uintrob hesab edir ki, Stalin, fövqəladə amansız ola bilər, amma terorrun təsirlərinə onun baxış bucağından baxsaq, görərik ki, o, irrasional deyildi… Sovet İttifaqı Kommunist Partiyasını, xüsusilə onun yuxarı təbəqəsini köhnə bolşeviklərin qurduğu və əsasən partiyanın özünə və ya bir-birilərinə bağlı olduqları təşkilatdan bütövlükdə Stalinin özünün qurduğu elitaya çevirdi. (səh. 227)
Yuxarıdan-aşağıya doğru – şaquli sadiqlik şəbəkəsi diktatorları hakimiyyətdə saxlayır; belə üfüqi sadiqlik şəbəkəsi isə diktatorları dəstəkləyənlərə, təkcə idarə olunanların yox, həm də və çox böyük ehtimalla elə idarə edənin özünün də hesabına varlanmaq gücü verir.
Diktatorlar sadiqliyi firmaların axtardığı kimi axtarır; “səmərəlilik maaşı” – şəxsin həmin fürsətinin dəyərindən daha artıq ödənən maaş. Əmək haqqı [maaş] mükafatları diktatoru dəstəkləyənlərə açıq-aydın əlavə fayda verir, amma xəyanət ediləcəyi təqdirdə geri çəkilə bilər. Əslində diktaturada səmərəlilik maaşları daha effektivdir, çünki “tipik olaraq dövlətin idarə etdiyi sistemdən kənardakı fərdin şansı bazar sistemindəki kapitalist firmadan kənardakı fərddən daha azdır.” (səh. 141).
Həm nəzəri, həm də konkret tətbiqetmə nöqteyi nəzərdən Uintrobun kitabını oxumağa dəyər. Amma kitabda iki əsas problem var ki, gələcək araşdırmalar üçün çoxlu sayda açıq qapı qoyur və eyni zamanda səhvən iqtisadçı olmayanların “iqtisadi imperalizm”in həddini aşdığını təsdiqləyir.
Əksər siyasi iqtisadçılar kimi Uintrobun əsas analitik problemi odur ki, o, Mancur Olsonun məşhurlaşdırdığı “kollektiv hərəkətin məntiqi”ni bütövlükdə tam qavramayıb: Əksər insanların onlara faydalı olacaq səbəblərə, ya da liderlərə kömək etmək, eləcə də təzyiq edənlərə qarşı mübarizə aparmaq üçün heç bir maddi stimulları yoxdur. Çox az fəal siyasi məqsədə xidmət qarşılığında sərvət və güc əldə etməyi həvəslə gözləyə bilər; amma əksəriyyət üçün siyasətdə və rejimdə dəyişiklik, öz həyatını təhlükəyə atan müxaliflər qədər keyimiş müşahidəçilərin də faydalana biləcəyi ictimai xeyirdir. Uintrobdan bu sadə nümunəni nəzərdən keçirin:
Məsələn, fərz edin ki,hər hansı bir siyasətçinin öz ərazisində vətəndaşlar üçün anbar, körpü və ya həmin əraziyə dövlət büdcəsindən pul xərclənməsinə səbəb olacaq layihəsi var. Müvafiq mənfəət analizi bu layihənin bədxərclik olduğunu aşkara çıxaracaq. Nəticə etibarilə, əgər layihə bədxərclikdirsə, vətəndaşların, anbar və ya körpü qarşılığında bu siyasətçiləri dəstəkləməsi üçün heç bir səbəb yoxdur; çünki siyasətçi onlar üçün fədakarlıq etmir, sadəcə, hər hansısa bir texnokratın edəcəyi şeyi edir.
Sözün açığı, bununla birlikdə, dəstəkçilərin büdcədən vəsait ayrılmasını təmin edəcək layihə yerli əhali üçün kollektiv şəkildə faydalı olduğu üçün, əksər fərdlərin hər hansısa bir şey “qarşılığında” o siyasətçini dəstəkləməyi üçün heç bir (fərdi-mənfəət əsaslı, iqtisadi) səbəbi yoxdur. Əgər siyasətçini dəstəkləyənlər və müxaliflər bərabər şəkildə faydalanırsa, müxalif olmaqdansa, dəstəkləyən olmaq təşviqi sıfırdır. Ehtimal ki, Uintrobun faktlarla bağlı təsviri empirik (təcrübi) olaraq dəqiqdir; bölgəsinə milyonlar xərclənməsini təmin edən siyasətçinin məşhur olma ehtimalı çoxdur. Amma bu faktlar iqtisadi nəzəriyyənin rutin mənasını əhatə etməyən tapmaca (puzzle) yaradır.
Bu tapmacanın bir həlli var: mükəmməl formulyasiya, Cefri Brenan və Loren E. Lomaskkinin “Democracy and Decision: The Pure Theory of Electoral Preference” (Cambridge, 1993) əsərində mövcuddur. Brenan və Lomaskinin açıqladığı kimi, kollektiv hərəkətin məntiqi siyasəti öldürmür, çünki siyasi fəaliyyət və nöqteyi-nəzər üçün əsas motiv instrumental əvəzinə, ekspressiv (ifadəli) zövqlərdir. Etiqadınız uğrunda öz həyatınızı təhlükəyə atmağınız varlı olmağın adətən ən axmaq yoludur, amma eyni zamanda bu, etiqadınızın doğru olduğunu müdafiə etməyin bütövlükdə ən rasional yoludur. Bunun eyham vurduğu şey odur ki, siyasi ifadə şəxsi qərarlardan daha önəmlidir.
İqtisadçı olmayanlar arasındakı siyasətin müəyyən mənada “irrasional” olduğuna dair geniş yayılmış mülahizə, təkcə iqtisadi nəzəriyyə ilə uyğun deyil, həm də bunun aydınladılmış eyhamlarından biridir.
Brenan və Lomaski demokratik qərar verməyə fokuslanmışdı, amma analizləri hardasa dəqiqliklə diktatorlar üçün də güclü eyhamlar ehtiva edir. Uintrobun instrumental qayğıların diktatorların propaqandalarında, ideologiyasında, milliyətçiliyində, günah keçilərinin məhv edilməsində bəzi rolları olduğu barədə dediklərində haqlı olsa da, Brenan və Lomaskinin analizi həm daha güclüdür, həm də sağlam düşüncəyə (common sense) daha uyğundur.
Uintrobun milliyətçilik və soyqrımı müzakirəsində, hətta o özü belə, rasional iqtisadi mənfəət termini çərçivəsində açıqlama verməkdən çəkinir: “Xaricdən olan müşahidəçiyə görə, şüurlu nifrətin obyekti olan etnik qrup açıq-aşkar şəkildə əsl düşmən deyil. Əslində, bu, şüurlu düşmənə qarşı olan nifrət və dağıtma hərəkətlərinin təbii olaraq qaneedici olmamasının və məyusluqla nəticələnməsinin, beləliklə daha çox nifrətə və şiddətə səbəb olmasının əsas səbəbidir.” (s. 296) Yaxşı olardı Uintrobun kitabı görsün ki, irrasional etnik nifrət təcrid edilmiş anomaliya deyil, siyasi ifadənin qeyri-mütənasibliyinin bir əlamətidir.
Uintrobun əsərindəki digər vacib problem, tarixi faktın vaxtaşırı özünə xas təfsiridir. Müasir hesablamalar Pinoçetin qurbanların sayının 2-3 min civarında olduğunu göstərdiyi halda onun idarəetməsində olan Çiliyə “olduqca repressiv” rejimin “aşkar nümunəsi” (s. 12) deyə istinad edir. O, “hardasa iki onillik davam edən islahat və görkəmli inkişafdan sonra Çində gəlirin artımı repressiyada cuzi də olsa yumşalma ilə nəticələnmədiyini” irəli sürür. Bu mühakimə, sadəcə, Maonun ardıcıllarının kəskin şəkildə azaldığı “Mədəni inqilab”ın aşkar məlum olan dəhşətini deyil, eləcə də onun daha tez, daha az ictimailəşən, amma daha betlər zülmlərini, xüsusən də “Böyük sıçrayış”la bağlı olanları nəzərdən qaçırır. (bax: Zhengyuan Fu, Autocratic Tradition and Chinese Politics [Cambridge: Cambridge University Press, 1993], and Jasper Becker, Hungry Ghosts [New York: Free Press, 1996]).
Uintrob həm də iddia edir ki, SSRİ tarixi onun modelinin proqnozunu təsdiqləyir – iqtisadi şərait pisləşəndə totalitar rejimlərin təzyiqi zəifləyir. Bu iddia ən yaxşı halda iqtisadi rifahın səviyyəsi ilə inkişaf dərəcəsini dəyişik salmaqdır.
Problemlərinə baxmayaraq “Political Economy of Dictatorship” yaxşı yazılmış, cazibədar və valehedici nümunələr və ağıllı müşahidələrlə doludur. Uintrob əhatəli və sanballı problemlərə sadə ingiliscə ilə yazılan ciddi iqtisadiyyat tətbiq edən, aralarında Timur Kuran, Tayler Kouen, Donald Uitman, Cefri Brenan və Loren Lomaskinin olduğu və sayları getdikcə artan müasir mütəfəkkirlər birliyinə aiddir. Onun kitabı, bir çox sualı cavabsız qoysa da həm akademiklərin, həm də sıravi oxucuların zövq alacağı önəmli töhfədir.
MƏNBƏ: “The Political Economy of Dictatorship”, The Independent Review, vol. 3, n. 3. (Winter 1999)
Tərcümə: Bilal Əşrəfov