Şənbə, 19 Sentyabr 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ABŞ-dakı silahlı hücuma görə demokratlar Trampı günahlandırır

05 Avqust 2019
A A
ABŞ-dakı silahlı hücuma görə demokratlar Trampı günahlandırır

ABŞ prezidenti Donald Tramp silahlı hücumlar barədə açıqlama verir. Foto:Nicholas Kamm, AFP/Getty Images

Demokratlar ABŞ-ın iki müxtəlif ştatında eyni gündə baş verən silahlı hücumda prezident Donald Trampı təqsirli bilir. Deutsche Welle yazır ki, bu fikirdə olanlardan biri demokratların prezidentliyə namizədi, senator Berni Sandersdir. O, Tvitter-də prezidenti tənqid edib:

Cənab prezident, irqçi, nifrət dolu və miqrasiya əleyhinə çıxışlarınızı dayandırın. Ritorikanız radikalları cəsarətləndirən şərait yaradır.

Texas ştatında 20 nəfərin ölümü ilə nəticələnən silahlı hücumdan qabaq prezident internet forumunda miqrasiya əleyhinə açıqlamalar verib. Demokratların prezidentliyə digər namizədi və senator Kori Buker də Trampı qorxu, nifrət və fanatizmi qızışdırmaqda günahlandırıb. Silahlı hücumda həlak olanların xatirəsinə matəm günü elan edən ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı açıqlamasında deyib:

Ölkəmizdə nifrətə yer yoxdur. Bu insanlar ruhi xəstədir.

Nə baş verib: ABŞ-ın Ohayo və Texas ştatlarında 13 saat fasilə ilə iki silahlı hücum olub. Texasın El Paso şəhərindəki hücumu 21 yaşlı Petrik Krusius adlı şəxsin törətdiyi ehtimal edilir. Hadisədən sonra saxlanılan şübhəli elədiklərindən peşman olmadığını deyib.
Ohayo ştatının Deyton şəhərindəki hücumu isə 24 yaşlı bir kişi törədib. Həmin şəxs 9 nəfəri öldürəndən sonra polis onu qətlə yetirib. Barlar və restoranların çox olduğu ərazidə törədilən hücumda xeyli sayda adam yaralanıb.

Fransa Azərbaycanda həbsdəki vətəndaşları üçün Usmanovu sanksiya siyahısından çıxarmaq istəyir
Manşet

Fransa Azərbaycanda həbsdəki vətəndaşları üçün Usmanovu sanksiya siyahısından çıxarmaq istəyir

15 Sentyabr 2026
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia