Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əli Həsənovun nəvəsi Nail Allahverdiyev azadlığa buraxıldı

09 Avqust 2019
A A
Əli Həsənovun nəvəsi Nail Allahverdiyev azadlığa buraxıldı

Nail Allahverdiyev. Foto: şəxsi arxiv

Baş nazirin müavini Əli Həsənovun iki nəfərin ölümü ilə nəticələnən qəzanı törədən nəvəsi Nail Allahverdiyev barəsindəki məhkəmə qərarı dəyişib. Bizimyol yazır ki, Ali Məhkəmə onun üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb.

Ali Məhkəmə N.Allahverdiyevə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. Ali Məhkəmə qərarında bu hallara əsaslanıb:

  • Nail Allahverdiyevin evil olması

  • Ali təhsilli olması

  • Əvvəllər məhkum edilməməsi

  • Yaşayış yerindən müsbət xarakterizə olması

N.Allahverdiyevə 3 il sınaq müddəti müəyyənləşdirib.

Nə baş verib: Nail Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin edib.

Daha sonra Bakı Apelyasiya Məhkəməsi 2018-ci il avqustun 2-də onun cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb.

Niyə həbs olunub: 1994-cü il təvəllüdlü Nail Allahverdiyev 2017-ci il avqustun 3-də idarə etdiyi “Gelandewagen” markalı avtomobillə qəza törədib. Yüksək sürətlə hərəkət edib, başqa bir avtomobillə ötüşərkən qarşısındakı VAZ-21015 markalı maşını arxadan vurub, nəticədə idarəetməni itirib. Avtomobil beton yolayrıcını aşıb, o biri yola çıxıb, piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyünü vurub. Daha sonra maşın binanın fasadına şırpılaraq yanıb.

Qəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş Mehdi Əliyev dünyasını dəyişib. Tekiş cütlüyü isə ağır xəsarət alıb. Onlar bugünlərdə Türkiyə mediasına açıqlamalarında hələ də sağalmadıqlarını, N.Allahverdiyevin yaxınlarının onları aldatdıqlarını, müalicə olunub ayağa qalxmaları üçün yardım göstərmədiklərini bildirirlər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia