Artıq avqustdur, beləliklə istərdim ki, bu yay oxuduğum bəzi kitabları sizinlə paylaşım, əgər siz də bəzi təkliflər istəyirsizsə. Başlanğıc üçün siz Toni Morrisonun seçilmiş əsərlərini oxumaq və ya yenidən oxumaqla səhv etməzsiz. “Sevimli”, “Solomonun mahnısı”, “Ən mavi göz”, “Sula” və digərləri. Onlar hamısı mükəmməldir. Onları oxumaqdan şad olacaqsız. Və kəşf etmək istədiyiniz daha bir neçə ad:
Obama Facebook-da etdiyi paylaşımda oxuduğu digər kitablarla bağlı kiçik qeydlərlə bu siyahını paylaşıb:
Colson Whitehead – The Nickel Boys
Ted Chiang – Exhalation (elmi fantastika hekayələr toplusu)
Hilary Mantel – Wolf Hall. Tomas Kromvelin yüksəlişini təsvir edən kitab 2009-cu ildə nəşr olunub. Onda bir az məşöul idim, qaçırdım. Bu gün hələ də əladır.
Haruki Murakami – Men Without Women. Bu kitab obrazları onlar üçün vacib qadınların həyatlarında olmamağı ilə sınağa çəkir. Kitab səni hərəkətə gətirir, tərəddüdə salır və bəzən cavabdan çox səni suallarla baş-başa buraxır.
Lauren Wilkinson – American Spy. Bu kitab casus trillerindən daha çox, ailə, sevgi və ölkəyə bağlılığı bir yerə yığır.
Nicholas Carr – The Shallows. Bu kitab bir neçə il əvvəl nəşr olunsa da internetin bizim beyinlərimiz, həyatımız və cəmiyyətimiz üzərindəki təsiri barədə arqumentlər üzərində hələ də düşünməyə dəyər və bu bizim hamımız bu əsrdə bir az daha çox istifadə etdiyi bir şeydir.
Hope Jahren – Lab Girl. Elm sahəsində olan qadının həyatı, mükəmməl dostluq və ağacların müdrikliyi haqqında yazılmış gözəl memuardır.
Téa Obreht – Inland. Yenicə nəşr olunub, ona görə də mən heç nəyi kormalaq istəmirəm. Amma Obrehtin yeni romanını kim gözləyirdisə, məyus olmayacaq.
Dinaw Mengestu – How to Read the Air. Bu kitabın köməyi ilə Amerika miqrasiya tarixinin mürəkkəbliyi və pulla satın alınmaya daha yaxşı bələd olacaqsız.
Stephanie Land – Maid. Bu, tənha ananın Amerikadakı sinif bölgüsünə şəxsi, qorxusuz baxışı, bir çox ailənin sadəcə keçinmək üçün üstündə yeridiyi ipin təsviri və bütün işlərin ləyaqətini xatırlatmaq haqqındadır.