Bazar, 25 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qreta Tunberq kimdir, nə istəyir və niyə hamı ondan danışır? İzah edirik!

19 Avqust 2019
A A
Qreta Tunberq kimdir, nə istəyir və niyə hamı ondan danışır? İzah edirik!

Qreta Tunberq 2018-ci ilin noyabrında TedxStockholm-da çıxış edir. Foto: TED

İsveçli yeniyetmə Qreta Tunberq son bir ildir ki, haqqında ən çox danışılan aktivistlərdən biridir. İsveç parlamenti qarşısında aksiya edən 16 yaşlı fəal kimdir? Nə istəyir? Bu fəaliyyətinə necə başlayıb?

Qreta Tunberq 2018-ci ilin noyabrında TedxStockholm-da çıxış edir. Foto: TED

1

Qreta kimdir, haralıdır, valideynləri kimdir?

Qreta Tintin Elyanora Ernman Tunberq 2003-cü ildə İsveçdə doğulub. Onun anası opera müğənnisi Malena Ernman, atası isə aktyor Svante Tunberqdir. Aktivistin babası da sənət adamıdır, Olof Tunberq aktyor və rejissordur.

Dörd il əvvəl Qretaya autizmin bir forması olan Asperger sindromu diaqnozu qoyulub. Onun həm də selektiv mutizm xəstəliyi var. Yəni, o, ehtiyac yaranmadıqca danışmır.

Asperger sindromu nədir?

Autizmin bir forması hesab olunan Asperger sindromunun əsas xüsusiyyətlərindən biri bu şəxslərin dar və xüsusi maraq dairələrinin olmağıdır. Onlara maraqlı olan mövzu ilə bağlı hətta tam başa düşmədən də onla bağlı saysız-hesabsız detallı məlumat topalaya bilərlər.

Bundan başqa Asperger sindromlu şəxslər sevimli mövzuları haqqında bir tərəfli, uzun çıxışlar edə bilər və empatiya hissi zəif olduğundan bu çıxışdan kimlərinsə sıxıldığını belə hiss etməyə bilərlər. Bu reaksiya da bəzən onların başqalarının hisslərinə əhəmiyyət verməməkləri və həssas olmamaqları kimi qəbul olunur.

Araşdırmaya görə bu sindromu olan şəxslər şiddətə və cinayət törətməyə meyilli olmur.

Fərqli olmaq hədiyyədir. Bu mənə imkan verir ki, bəzi şeylərə kənardan baxım. Mən yalana asanlıqla düşmürəm. Mən hamı kimi olsaydım iqlim dəyişikliyinə etiraz etmək üçün məktəbdə tətil etməzdim – Qreta BBC-ə müsahibəsində deyib.

2

Neçə ildir aktivistdir, necə başlayıb?

İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən Qretanın fəaliyyətinin ilkin mərhələsi “İqlim üçün məktəb tətili”dir. O, keçən il avqust ayında məktəbə getməkdən imtina edərək İsveç Parlamenti qarşısında tətilə başlayıb. 2019-cu il martın 15-də 112 ölkədən təxminən 1 milyon 400 min şagird bu aksiyaya qoşulub.

Tətillərlə yanaşı Qreta bir çox etiraz aksiyası və beynəlxalq tədbirlərdə iştirak edib.

Sonuncu dəfə isə o bir neçə gün əvvəl ABŞ-da BMT-nin sammitində çıxış etmək üçün Birləşmiş Krallıqdan gəmi ilə yola düşüb. Ətraf mühiti qorumaq üçün tualetsiz və vanna otaqsız gəmi ilə səfərə çıxan Qretanı atası Svante müşayiət edir və o, iki həftə yol gedəcək. Malizia II havaya karbon buraxmır. Gəmidə naviqasiya və rabitə üçün günəş enerjisindən, hərəkət üçün isə küləkdən istifadə olunur.

Yeri gəlmişkən: Almaniyanın TAZ media orqanının araşdırmasına görə, iqlim dəyişikliyi fəalını Birləşmiş Krallıqdan Atlantik okeanı vasitəsilə ABŞ-a aparacaq gəminin şəxsi heyəti onu geri qaytarmaq üçün Nyu-Yorka təyyarə ilə gedəcəklər. Medianın araşdırmasına görə, bunun üçün 4 uçuş lazım olacaq. Qreta özü isə bununla bağlı hələlik heç bir açıqlama verməyib.

3

Tələbləri nədir, indiyə qədər hansı işləri görüb?

Tələb edir ki, ölkələr Paris İqlim Sazişinə riayət etsin və onun tələblərini yerinə yetirsin. O, xüsusilə inkişaf etmiş ölkələrə çağırış edir. Çünki Qreta düşünür ki, inkişaf etmiş ölkələr dəyişikliyi reallaşdırsa, kasıb ölkələrin də iqlim dəyişikliyi ilə mübarizəsi asanlaşacaq.

Paris İqlim Sazişi nədir?

Paris İqlim Sazişi 2015-ci ildə Fransanın Paris şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə bağlı tərəflərin imzaladığı sazişdir. Bu saziş qlobal istiləşmənin 2°C-dən, hətta 1.5 dərəcədən az olmağı təmin etməyi nəzərdə tutur.
Qreta həm də fəaliyyəti ilə siyasətçilərin diqqətini cəlb edib onların iqlim dəyişikliyi probleminə daha ciddi yanaşmağını tələb edir.

Tunberq bu tələblərini bir çox beynəlxalq platformada səsləndirib və hesab edir ki, iqlim dəyişikliyə bağlı həyəcan təbili çalmaq və hərəkətə keçmək lazımdır.

Nələr edib:

  • Brüsseldə Avropa Parlamentinin çölündə “İqlim dəyişikliyi üçün ayağa qalx” nümayişində iştirak edib

  • 2018-ci ildə Londonda oxşar aksiyaya qatılıb

  • 2018-ci ilin noyabrında TedxStockholm-da çıxış edib

  • 2018-ci il dekabrın 4-də BMT COP24 iqlim dəyişikliyi sammitində çıxış edib

  • 2019-cu il yanvarın 23-də Davos İqtisadi Forumunda iştirak edib və orada çıxış edib

  • Daha bir neçə aksiyada və Avropa Parlamentində çıxış edib. Parlamentiləri tənqid edib ki, üç fövqəladə toplantının hamısı Brexitlə bağlıdır, amma iqlim dəyişikliyi ilə bağlı zirvə yoxdur.

  • Ətraf mühiti qorumaq üçün veqan olan Q.Tunberq ailəsini məcbur edib ki, ət yeməkdən imtina etsinlər. O, buna valideynlərini onların özlərini günahkar hiss etməyə məcbur etməklə nail olduğunu deyir:

Mən davamlı olaraq dedim ki, onlar bizim gələcəyimizi oğurlayır.

  • Ailəsi Qretaya görə təkcə ət yeməkdən yox, eyni zamanda təyyarə ilə səyahətdən də imtina edib. Buna görə onun opera müğənnisi olan anası beynəlxalq kariyerasından imtina edib. Dünyanın bir çox ölkələrində çıxış üçün mütəmadi dəvət edilən Qreta özü də təyyarə ilə səfərə çıxmır.

Qreta Tunberg keçirdiyi aksiyaların birində. Foto: Hanna Franzen / EPA

5

Onun fəaliyyəti haqqında rəylər nədir?

Onun fəaliyyətini dəstəkləyən, bu yeniyetməyə heyran olan minlərlə insan var. Amma təbii ki, hamı onlarla eyni fikirdə deyil. İqlim dəyişikliyinə şübhə ilə yanaşanlar, eləcə də onun fəaliyyətini səmərəli hesab etməyənlər bu yeniyetmə ilə bağlı tənqidi fikirdədir.

“New York Times” qəzetinin dərc etdiyi müəllif yazısında Kristofer Koldvel yazır ki, əvvəlcə necə bir sivilizasiya və nə qədər mürəkkəb texnologiya lazım olduğunu müəyyən etmək lazımdır.

8 milyard insanın yaşadığı planetdə enerji sərfiyyatı tələb edən təkcə toylar deyil. Eləcə də yemək. Eləcə də içməli su. Eləcə də rabitə.

İqlim dəyişikliyi aktivistinin kifayət qədər çox tərəfdarı var və əksər ölkələrdə Yaşıllar Partiyaları onu dəstəkləyir. Amma eyni zamanda çıxış üçün dəvət olunduğu bəzi yerlərdə etirazla və sərt tənqidlə üzləşir.

Məsələn, bu ilin iyulunda Fransa Parlamentində çıxış üçün dəvət olunan Qreta bu ölkənin mühafizəkar respublikaçılarının tənqidi ilə qarşılanıb. Parlamentin üzvü Quylaume Lariv deyib ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün onların apokaliptik qurulara yox, elmi tərəqqi və siyasi cəsarətə ehtiyacı var.

Qretanı tənqid edənlərin bir qismi isə düşünür ki, o valideynləri tərəfindən manipulyasiya edilib və danışdıqları haqqında əslində heç bir fikri yoxdur və çox sadə həll yolları təklif edir.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia