Foto: Valeriy Matıçin / TASS

Ukraynalı və rusiyalı məhbusların dəyişdirilməsi prosesi sabah baş tutacaq. Bu barədə Ukrayna Ali Radasının deputatı Axtem Çiygöz RİA-ya məlumat verib. Məhbusların siyahısında rejissor Oleq Sençov da var və o, artıq Moskvaya gətirilib.

Nə baş verib: Ukraynalı rejissor və aktivist Oleq Sençov 2014-cü ildə Krımın ilhaqından sonra terrorizmdə təqsirləndirilərək Krımda həbs edilib. 2015-ci ilin avqustunda 20 il müddətinə azadlıqdan məhrum edilib.

Aclıq aksiyası barədə: Sençov 14 may 2018-ci ildə saxlanıldığı “Ağ ayı” həbsxanasında aclıq aksiyasına başlayıb və 145 gün davam etdirib. O, bu aksiyanı öz azadlığı uğrunda yox, Rusiyada həbsdə yatan 64 Ukrayna vətəndaşının azadlığa çıxması tələbi ilə keçirib.

Sençov barədə yazdığımız bu yazıdan onun barəsində daha çox şey öyrənə bilərsiniz.