Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb ki, MSK sədri Ella Pamfilovanın evinə hücum edilib. Hücum edən maskalı şəxs ona bir neçə dəfə elektroşokla zərbə endirib.
“Maskalı şəxs evə eyvandan daxil olub. Hücumu gerçəkləşdirəndən sonra qaçıb.” – DİN-in məlumatında belə deyilir.
Məlumata görə, hadisə gecə saat 01:30 radələrində baş verib. Faktla bağlı RF-nın Cinayət Məcəlləsinin 162-ci “Başqasının mülkünə daxil olub zərər vermə” maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə hadisəni törədən şəxsi 12 ilə qədər həbs gözləyir.