Çərşənbə, 13 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Çingiz Abdullayev Rabitə Nazirliyinə təklif edib ki, söyüş söyənlərin hesabları bloklansın

20 Sentyabr 2019
A A
Çingiz Abdullayev Rabitə Nazirliyinə təklif edib ki, söyüş söyənlərin hesabları bloklansın

Tədbirdən foto. Foto: modern.az

Bu gün Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masa keçirib. Monitorinq Qrupunda birləşən hüquq müdafiəçiləri, QHT rəhbərləri, jurnalistlər və ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə söyüşləri, təhqiri müzakirə ediblər.

Kimlər nə danışıb və nə təklif edib:

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələrinin sanksiyalarının artırılmasının vaxtıdır:

“Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur. Lakin ölkə rəhbərliyinin humanist yanaşması nəticəsində bu maddələr bu gün tətbiq edilmir. Son vaxtlar bizə edilən müraciətlərdə ayrı-ayrı şəxslər tərəfindən qadınlar, qızlar sosial şəbəkələrdə şantaj edilir. Onların şəkilləri montaj edilərək müxtəlif görüntülərlə paylaşılır. Bunların qarşısının alınmasının zamanı çoxdan çatıb”

YouTube-dakı söyüşlü videolar

Dəyirmi masa iştirakçıları YouTube sosial şəbəkəsindəki söyüşlü videolarla bağlı bəyanat yayıblar. Bəyanatda bu halların milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq olduğu və hiddət doğurduğu vurğulanır:

Biz bu mətnə imza edənlər, respublikanın hüquq mühafizə orqanlarına müraciət edərək sosial şəbəkələrdə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq və əhali arasında vahimə yaradan, insanları istənilən qanunazidd hərəkətlərə çağıran, o cümlədən söyüş, təhqir və böhtanlara yol verən şəxslər barəsində ciddi tədbirlərin görülməsini xahiş edirik.

Hər bir vətəndaşımızın, tələbə və gənclərimizin, xüsusi olaraq məktəblilərin təlim-tərbiyəsinə və psixologiyasına mənfi təsir göstərən bu cür halları qəti şəkildə pisləyir, istər xaricdə, istərsə də ölkə daxilində bu cür hərəkətlərə yol verən şəxsləri söyüş, təhqir və böhtanlardan əl çəkməyi, bu hərəkətləri dayandırmağı tələb edirik.

Yazıçı Çingiz Abdullayevin nazirlikdən bloklanma təklifi

Xalq yazıçısı Çingiz Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təklif edib ki, sosial şəbəkələrdə söyüş söyən istifadəçilərin hesabları bloklansın.

İngilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil bir-üç ay müddətinə blok olunur. Bu qayda rus dilində təhqir yazan sosial şəbəkə istifadəçilərinə də tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukerberqə, nə də digərlərinə hələ çatmayıb. Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilində söyüş söyənlərin bloklanması üçün müvafiq bir qrup yaradılsın. Fikrimcə, Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır.

Yazıçılar Birliyinin ədibləri söyənlərlə bağlı gördüyü tədbir

Ç.Abdullayev bildirib ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) şair və yazıçıları söyənləri üzvlükdən çıxarılması və onların üzvlüyə qəbul edilməməsi ilə bağlı qərar qəbul edib:

Bu gün Azərbaycanda dünyadan köçən bütün Xalq şairləri və Xalq yazıçıları söyülüb təhqir olunurlar. Səməd Vurğundan tutmuş Mikayıl Müşfiqə qədər. Sonda AYB ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul etdi.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia