Cümə, 5 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb

22 Sentyabr 2019
A A
Əfqan Muxtarlı “Jurnalist mərdliyinə görə” mükafatının qalibi olub

Əfqan Muxtarlı Gürcüstandan oğurlanaraq Azərbaycanda məhkəməyə gətirilərkən. Foto: Reuters

Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı sentyabrın 20-dən aclıq aksiyasına başladığını deyib. Aksiya ilə bağlı bəyanatında qeyd olunur ki, o, vəkili Nemət Kərimliyə qarşı edilən zorakılığa etiraz olaraq aclığa başlayıb. NİDA Vətəndaş Hərəkatının yaydığı bəyanatda deyilir:

16 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Əliyev siyasi məhbuslara qarşı qəddarlığı ilə seçilib. Bundan əvvəl siyasi məhbus Məmməd İbrahimə qarşı zorakılıq edib, məhbuslara qarşı amansız və qəddardır. Onun barəsində prokurorluğa olan şikayətlər araşdırılmır. İlham Əliyevdən tələb edirəm ki, baş vermiş hadisə obyektiv araşdırılsın. Emin Əliyev və başqa zorakılıq edən əməkdaşlar cəzalandırılmalıdır.

Jurnalist hesab edir ki, vəkili Nemət Kərimliyə edilənlər həm də Əfqan Muxtarlının hüquqlarını pozmağa yönəlib. O, indiki hücumların Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir və ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Myatoviç ilə görüşündən sonra baş verdiyini deyir.

Əfqan Muxtarlı kimdir: Gürcüstanda yaşayan araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da yaşadığı evin yaxınlığında oğurlanıb. Bundan sonra Azərbaycana gətirilib. O, dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri üzrə təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia