Əfqan Muxtarlı. Foto: Elmir Mirzoyev

Həbsdə olduğu 16 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən araşdırmaçı jurnalist Əfqan Muxtarlı aksiyanı dayandırıb.

Buna səbəb onun səhhətində problem yaranması və aksiyanı dayandırmağı barədə jurnalistə ünvanlanan müraciətlər olub.

Şəkərli diabetdən əziyyət çəkən Ə.Muxtarlının 3 gündür yemək və dərman qəbul etməməsi səhhətində problem yaradıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında onun aksiyanı dayandırdığını təsdiqləyib.