İngiltərə Ali Məhkəməsi baş nazir Boris Consonun parlamentinin fəaliyyətinin 5 həftə müddətinə dondurmaq barədə qərarının qanunsuz olduğu barədə qərar qəbul edib.
BBC yazır ki, məhkəmə Parlamentin konstitusion fəaliyyətini yerinə yetirməsinin qarşısı əsaslı səbəb olmadan alınıb. Buna görə də dondurulma qərarı legitim deyil.
11 hakimin birgə qərarını məhkəmə sədri Brenda Heyl açıqlayıb.
Müxalifət isə Boris Consonun istefasını tələb edir.