Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qreta Tunberq ətraf mühitin çirklənməsinə görə niyə ABŞ yox, Türkiyənin adını çəkir?

27 Sentyabr 2019
A A
Qreta Tunberq ətraf mühitin çirklənməsinə görə niyə ABŞ yox, Türkiyənin adını çəkir?

Qreta Tunberq iqlim dəyişikliyi barədə çıxış edir. Foto: Markus Schreiber / AP

İsveçli iqlim fəalı Qreta Tunberq və dostları Türkiyə də daxil olmaqla 5 ölkəni iqlim dəyişikliyi ilə bağlı kifayət qədər önləyici tədbir görməyərək BMT-nin Uşaq Haqları Konvensiyasını pozmaqda ittiham edib. Amma şikayət edilən Türkiyə, Almaniya, Argentina, Braziliya və Fransa istixana effekti yaradan qazların emissiyasına görə ilk sıralarda deyil.

Qreta Tunberq iqlim dəyişikliyi barədə çıxış edir. Foto: Markus Schreiber / AP

Dünyadakı karbondioksid emissiyasını izləyən beynəlxalq platforma – Qlobal Karbon Atlasının (GCA) məlumatına görə, bu qazın emissiyasına görə əsas məsuliyyəti daşıyan ilk 5 ölkə bunlardır.

  • Çin – 27%

  • ABŞ – 14,6%

  • Hindistan – 6,8%

  • Rusiya – 4,7%

  • Yaponya – 3,3%

“Gələcək üçün cümə günləri” aksiyasının təşkilatçısı olan Qreta və 15 dostunun BMT-ə ünvanladığı şikayətdə isə bu ölkələrin heç birinin adı yoxdur. Niyə?
Çünki bu ölkələr həmin uşaqların şikayəti üçün əsas təşkil edən və BMT-nin Konvensiyasının 2014-cü ildə qəbul edilən əlavə protokolunu imzalamayıblar. Həmin əlavə protokol uşaqlara imkan verir ki, fərdi olaraq müraciətlər edə bilsinlər.

Haqqında şikayət edilən ölkələr Qlobal Karbon Atlasında hansı yerdədir?

Beynəlxalq platformanın dəyərləndirdiyi 122 ölkədən adıçəkilən 5 ölkə aşağıdakı yerlərdədir:

  • Almaniya – 6-cı yer

  • Braziliya – 13

  • Türkiyə – 15

  • Fransa – 18

  • Argentina – 29

BMT-nin Uşaq Hüquqları Komitəsi Qreta və dostlarının şiakyətini araşdıracaq. Əgər iqlim dəyişikliyi ilə bağlı kifayət qədər mübarizə aparmayaraq uşaq haqlarının pozulduğuna əsas gətirilsə, aidiyyatı hökumətlərdən cavab tələb olunacaq.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia