Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında nə baş verir?

30 Sentyabr 2019
A A
Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında nə baş verir?

Zərəçəkən Qarabağ qaziləri. Foto: screenshot

Bir neçə gün əvvəl bir qrup Qarabağ əlili ilə polis əməkdaşları arasında olduğu deyilən video yayılıb və polisin əlilləri döydüyü iddia olunub. Sonradan məlum oldu ki, qarşıdurma əlillərlə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında baş verib. Neft şirkəti əməkdaşları ərazidə tikilməkdə olan evin qanunsuz olduğunu deyib və bu, qarşıdurmaya səbəb olub. Binəqədi rayonu Biləcəri qəsəbəsində sentyabrın 28-də baş verən insident bu gün də təkrarlanıb. Qarabağ əlillərinin sözlərinə görə onlar yolla getdikləri halda maşınla gələn bir qrup SOCAR əməkdaşı onlara hücum çəkib.

Zərəçəkən Qarabağ qaziləri. Foto: screenshot

Bugünkü insident necə baş verib: Bu gün baş verən qarşıdurmada hadisəni işıqlandıran media işçiləri də xəsarət alıb. Fiziki təzyiqə məruz qalan Qarabağ qazilərindən biri Arif Rəhimov AzadlıqRadiosuna deyib:

Bu gün, sentyabrın 30-da yolla gedirdik. Bir neçə maşınla gəlib, əllərində lom, armatur, “montirovka” ilə düşdülər. Bəzilərinin əyinidə üzərində SOCAR yazılmış paltar var idi, çoxusu isə mülki geyimli idilər. Düşən kimi bizə hücum edib, döydülər. İki nəfər üçün Təcili tibbi yardım gəldi. Mənim özümüm alnımı partlatdılar. Polis müdaxilə etməsəydi, vəziyyətimiz daha ağır olcaqdı. Birinci qrup əliləm, Qarabağ qazisiyəm, bizi niyə döyürlər?.

İnsidentdə xəsarət alan əlillərdən Kənan Bayramov Meydan TV-yə deyib ki, sentyabrın 28-də baş verən qarşıdurma zamanı SOCAR əməkdaşları tikilinin qanunsuz olduğunu deyib.

Bir Qarabağ əlili bələdiyyədən sənədlə 2,5 sot torpaq sahəsi alıb və orada ev tikmək istəyib. Neft şirkətinin işçiləri isə ondan bunun üçün 2 min AZN pul tələb edib. Amma sonradan deyiblər ki, 5 min AZN də versin. Biz etiraz etdik, dedik ki, əlil adamlarıq, imkanımız yoxdur. Cavabları belə oldu:”Bizə görə əlil olmamısız ki…”. Bu gün baş verənlər isə gözlənilmədən oldu, yolda getdiyimiz yerdə saxlayıb, hücum çəkdilər.

İcra hakimiyyəti ilə görüş nə nəticə verib: Bu günkü hadisədən sonra Qarabağ qaziləri ilə Binəqədi Rayon İcra Hakimiyyətin başçısı Elxan Allahverdiyev və Binəqədi Rayon Polis İdarəsinin rəisi Musa Musayev görüşüb. Onlar tələb edib ki, əlillər izahat yazsın və problemləri ilə məşğul olacaqlarına söz veriblər.

SOCAR nə deyir: Dövlət Neft Şirkəti də hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, sentyabrın 27-də saat 12:00-da şirkətin Təhlükəsizlik İdarəsinin mühafizə etdiyi Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb. Xəbərdarlıqdan sonra tikinti işləri dayandırılıb. Növbəti gün yoxlama aparılanda tikintinin davam etdirildiyi aşkar olunub və növbəti dəfə xəbərdarlıq edilib. Məlumatda deyilir:

Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar.

SOCAR deyir ki, hadisə nəticəsində onların 3 əməkdaşı müxtəlif bədən xəsarətləri alıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia