Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AXCP-nin həbsdə olan fəalı xəstəxanaya yerləşdirilib

06 Oktyabr 2019
A A
Fuad Əhmədli: Ərizəni verməkdə məqsədim məhkəmə prosesində dostlarımı görmək idi

Fuad Əhmədli. Foto: şəxsi arxiv / facebook

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Fuad Əhmədlinin səhhəti pisləşib. O, Penitensiar Xidmətin xəstəxanasına köçürülüb.

Fəalın atası Zəfər Əhmədli Meydan TV-yə deyib ki, oğlu ağciyər və böyrəyindən əziyyət çəkir:

Oğlum həbsdən əvvəl əməliyyat olunub, bu xəstəliklə qapalı yerdə qala bilməz, Ali Məhkəmədə proses zamanı 1 ay Kürdəxanıda qaldı, ordan qayıdandan sonra vəziyyəti pisləşmişdi, nəfəs ala bilmirdi. İkinci problem böyrək ağrılarıdır. Görüş zamanı rəisə dedim ki, heç olmasa müayinədən keçirsinlər, vəziyyəti yaxşı deyil. Oktyabrın 5-də həbsxanadan zəng etdilər ki, artıq xəstəxanaya aparıblar.

Fuad Əhmədli kimdir: AXCP üzvü Fuad Əhmədli 2016-ci ilin avqustunda “Əməliyyat- axtarış fəaliyyəti haqqında qanun”un pozulması və “Azerfon” mobil telefon istifadəçilərinin şəxsi məlumatlarının yayılması ittihamı ilə həbs edilib. Bundan əlavə, o, vəzifə səlahiyyətini aşmaqda ittiham olunub. 2017-ci il iyunun 16-da 4 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıblar.

2019-cu ilin mayında Suraxanı Rayon Məhkəməsi F.Əhmədlinin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi iyulun 5-də onun vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayətinə baxılıb və təmin edilməyib.

Partiya Fuad Əhmədlinin həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib. Onun həbs müddəti 10 ay sonra bitəcək.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia