Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Deputat: “Zorakılıq əleyhinə konvensiya ilə bağlı məlumatlı deyiləm”

11 Oktyabr 2019
A A
Deputat: “Zorakılıq əleyhinə konvensiya ilə bağlı məlumatlı deyiləm”

Çingiz Qənizadə. Foto: Sputnik

Hər hansı beynəlxalq sənədin Azərbaycanda işlək olması üçün qanunvericiliyə əsasən Milli Məclis onu ratifikasiya etməlidir. Son 5 gündə 12 qadının ailədaxili münaqişə zəmnində ölümcül döyülməsi, bıçaqlanıb öldürülməsinə görə zorakılıq əleyhinə “İstanbul Konvensiyası”nın Azərbaycanda ratifikasiya olunmaması müzakirə olunur. Suallarımıza Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadədə cavab verir.

Bu sənəd niyə Azərbaycanda qəbul edilmir?

Bu Konvensiya ilə bağlı o qədər də məlumatlı deyiləm. Amma ümumilikdə təbii ki, zorakılığı qadağan edən kifayət qədər qanunlarımız var. Lap konvensiya ratifikasiya olunsa nə baş verəcəkdi? Biz zorakılıq hadisələrinin səbəbini araşdırmalıyıq, onu doğuran səbəblər və aradan qaldırılması yollarını tapmalıyıq. Çünki çoxsaylı qanunlar qəbul edə bilərik, hansısa konvensiyanı ratifikasiya edərik amma bu, cəmiyyətdə işləməyə bilər.

“Bəlkə də sosial şəbəkəklər bu problemi yaradan hallardan biridir”

Qanun kimisə öldürməyi qadağan edir, amma yenə də insanlar qanunu pozur bu hadisəni törədirlər. Yəni bu da sırf qanunla tənzimlənən məsələ deyil. Bəlkə də sosial şəbəkəklər bu problemi yaradan hallardan biridir. Qısqanclıq, ailə münasibətlərində tərəflərin birinin kimləsə yazışması, hansısa əlaqələrin qurulmasına cəhdlər də bir faktordur. Bunu inkar etmək olmaz. Bu günlərdə Suraxanıda həyat yoldaşını öldürüb, gəlib Binəqədidə onun münasibətdə olduğu adama xəsarət yetirməsi məhz o sosial şəbəkədə yazışmalarla bağlı idi.

Azərbaycanda #QadınOlmaq pic.twitter.com/kFALtgBmwe

— Mikroskop Media (@MikroskopMedia) October 10, 2019

Konvensiyanı ratifikasiya elədik, eləmədik bu, cəmiyyətdə baş verənləri dəyişmir. Bir qadını ata bağlayıb sürüyüblər, sonra məlum oldu ki, əslində əl- qolunu bağlayıb döyüblər, bu adamın ömür boyu bu konvensiyadan xəbəri olmayacaq, lazım gələndə yenə şiddət törədəcək. Qanunlarımız sərtdir, amma yenə də şiddət halları yaranır. Bəlkə də o adam cinayəti törədəndə bilmir ki, ona 5 il həbs verəcəklər, elə bilir ki, gəlib protokol yazıb gedəcək.

“Müzakirənin faydası yoxdur”

Bizim ötən iclasda Aytən Mustafayeva bu problemi qaldırdı, lap biz də qoşulaq 5 nəfər onun dediklərini təsdiqləyək, nə faydası? Müzakirə qaldırmağın şiddəti törədən adama heç bir faydası yoxdur. Yaxud da yoldaşına maşında, atasının yanında, övladının yanında bu şiddəti göstərirsə, bunun ratifikasiyaya və qanunun olub-olmamasına aidiyyatı yoxdur.

Biz cinayət qanun vericiliyində soyuq silahın, bıçağın gəzdirilməsi ilə bağlı məsuliyyəti artırmalıyıq. Evindən çıxan 10 adamdan heç olmasa yarısının üstündə bıçaq var. Bir-biriləri ilə dava edən kimi çıxarıb bıçaqlayırlar.

Biz düşünməliyik ki, nə edək, insanları necə maarifləndirək ki, onlar bundan çəkinsin.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia