Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanda bu ilin 9 ayı ərzində 118 qadın şiddətə məruz qalıb

14 Oktyabr 2019
A A
Azərbaycanda bu ilin 9 ayı ərzində 118 qadın şiddətə məruz qalıb

Cover: mikroskop media

Azərbaycanda bu ilin Yanvar-Sentyabr ayları ərzində ümumilikdə 118 qadın ailədaxili şiddətə məruz qalıb. Onlardan 33-ü həmin şiddət nəticəsində dünyasını dəyişib. Digər 85 qadın isə ailə üzvü və yaxınları tərəfindən ya döyülüb, bıçaqla, balta ilə, küt alətlə, çəkiclə vurulub, yandırılıb və müxtəlif cür xəsarət alıblar.

Mikroskop Media bu monitorinqi Azərbaycanda informasiya agentlikləri və xəbər saytlarında dərc olunan materiallara əsasən aparıb. Əsas istifadə olunan iki mənbə APA və Report informaisya agentlikləri olub.

infoqrafika: mikroskop media

Mediada dərc olunan cinayət hadisələrinin ancaq bir qisminin təfərrüatları barədə məlumatlar olur. Ona görə də şiddət göstərənlərin heç də hamısının bunu hansı bəhanə ilə etdikləri dəqiq məlum deyil. Digərlərinin isə böyük əksəriyyəti bunu qısqanclıq, ailədaxili münaqişə, qadının boşanmaq istədiyinə görə və s. olub. Təkcə ailədaxili münaqişə zəmnində qeydə alınan döyülmə, xəsarət və cinayət faktının sayı 20-dən çoxdur.

Bu fiziki zorakılığın çox böyük əksəriyyətini qadınların əri, qaynı, qaynatası, qardaşı, qaynı, keçmiş əri, kürəkəni, oğlu olan kişilər, bir qismini isə digər ailə üzvləri qaynana, qız, gəlin törədib.

Baş verən cinayətlərin bir qismi xüsusi amansızlıqla yerinə yetirilib. Bunların arasında uşaqların gözü qarşısında öldürülən anaları misal çəkmək olar. Təəssüf ki, bir neçə gün əvvəl 20 bıçaq zərbəsi alıb qətlə yetirilən Leyla Abdullayeva ilk belə qətl deyil. Ondan öncə də qadınlar 4-5 bıçaq zərbəsindən tutmuş 18-19 dəfəyə qədər bıçaqlanıb və onların bir qismi ölüb.

Döyülən qadınların arasında şərlənməklə hədələnənləri olub ki, məsələn, onlarından birinin həyat yoldaşı polisə şikayət edəcəyi təqdirdə onu başqa kişi ilə tutduğunu deməklə hədələyib.

Qadınlar təkcə yumruq, sillənin, bıçaq zərbəsinin yox, balta, küt alət, çəkic altında əzilib, maşınla divara sıxılaraq öldürülüb, yaşadıqları evə od vurularaq yandırılıb.

Monitorinqin nəticəsində görə, şiddət hadisələri ən çox Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Cəlilabadda olub. Amma bir də qeyd etmək mütləqdir ki, bu, yalnız mediada dərc olunan məlumatlara əsasən müəyyən olunmuş nəticədir, rəsmi statistika deyil.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia