İntihar edən məktəbli Elina Hacıyevanın bu günkü məhkəmə prosesində dövlət ittihamçısı ittihamını səsləndirib. Onun şagirdin intihar etdiyi məktəbin direktoru Sevinc Abbasova üçün tələb etdiyi cəza:
Ev dustaqlığında olduğu 6 ay çıxılmaqla 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması
3 il pedoqoji fəaliyyətlə məşğul olmamaq
3 il təhsillə bağlı olan müəssisələrdə rəhbər vəzifələrdə işləməmək.
Zərərçəkmişin vəkilləri danışmaq üçün vaxt istəyib və proses 18 oktyabr saat 10:30-a təxirə salınıb.
Azadlığı məhdudlaşdırmaq nədir: Azadlığın məhdudlaşdırılması dedikdə məhkumun xüsusi qolbaqla yalnız Bakı ərazisində gəzə bilməyi nəzərdə tutulur.
Nə baş verib: Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevan bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.