Milli Şura və AXCP-nin bu gün “28 may” metrostansiyası qarşısında keçirməyi planlaşdırdığı mitinqdə qeyri-dəqiq məlumatlara görə, 100-ə yaxın insan saxlanılıb. Saxlanılanlar arasında AXCP sədri Əli Kərimli, sədr müavini Məmməd İbrahim və digər partiya fəalları da var. Onların artıq sərbəst buraxıldığı bildirilir.
Mitinqin nəzarət altına alınması üçün minlərlə polis əməkdaşının əraziyə gətirildiyi barədə də məlumat yayılıb. Mitinq polis zorakılığı, əhaliyə və bəzi jurnalistlərə qarşı kobud rəftarla yadda qalıb. Mikroskop polisin hazırlıq ərəfəsində çəkilmiş fotolarını təqdim edir: