Tofiq Yaqublu dünənki mitinqdə. Foto: mikroskop media

Milli Şura və AXCP-nin 19 oktyabrdakı mitinqin də saxlanılan Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib. Hazırda Binəqədi təcridxanasında olan Milli Şura fəalının hansı maddə ilə təqsirli bilindiyi barədə məlumat yoxdur.

Nə baş verib: Tofiq Yaqublu ötən gün AXCP sədri Əli Kərimli ilə eyni vaxtda saxlanılıb. Bir neçə saat onun hansı polis bölməsində olduğu barədə məlumat verilməyib. Bu gün qızı Nigar Həzi ona 30 sutka həbs verildiyi barədə məlumat yayıb.