Cümə, 1 Yanvar 2021
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
Nəticə yoxdur
Bütün nəticələri göstər
Mikroskop
Nəticə yoxdur
Bütün nəticələri göstər

İqtidar nümayəndələri 19 oktyabr mitinqi barədə nə deyir?

22 Oktyabr 2019
3 min read
Polisin bu gün keçirilən mitinqdə zorakılıq göstərmədiyi nadir anlar – Fotoreportaj

Milli Şura və AXCP-nin "28 may" metrostansiyası qarşısındakı mitinqindən. 19 Oktyabr, 2019. Foto: mikroskop media

19 Oktyabrda AXCP və Milli Şura “28 May” metrosu yaxınlığında razılaşdırılmamış aksiya keçirib. Aksiya metronun qarşısında planlaşdırılsa da bir neçə saat əvvəldən ərazidə polis postları quruldu və heç kim ora buraxılmayıb. Polis zorakılığı ilə müşayiət olunan aksiyada AXCP sədri Əli Kərimli saxlanıldı. Elə avtobusdaca döyüldüyünü deyən Əli Kərimlinin aldığı zərbələrə görə başında hazırda 9 tikiş var. Tofiq Yaqublu da həmin gün saxlanılıb və 15 sutka inzibati həbs edilib.

ABŞ-ın Azərbaycandakı səfirliyi aksiyadakı polis zorakılığını pisləyən bəyanat yayıb və həmin polislərin cəzalanmasına çağırış edib.

Hakim partiyanın nümayəndələri və Milli Məclisin deputatları isə polis zorakılığını inkar edir. Bu gün Milli Məclisin plenar iclasında mitinqlə bağlı səslənən fikirləri bir yerə toplamışıq.

Vitse-spiker Bahar Muradova: “Qanundan kənar, qanuna zidd fəaliyyət həyata keçirmək istədilər. Müəyyən sosial narazılıqları olan təbəqələri də bura cəlb etmək istəyiblər. Arxasında erməni maliyyəsi dayanan, Ermənistanın, erməniçiliyin maraqlarına xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər. Bunların özü çox şey deyir. Məqsəd Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq idi”

Deputat Tahir Kərimli: “Qanunvericiliyə əsasən, metrostansiyanın mühafizə zonasında mitinq keçirilməsi qadağandır. Guya orada Yeni Azərbaycan Partiyası istəsə, mitinq keçirə bilər? Əlbəttə, yox, çünki orada mitinq keçirmək qadağandır. Görünür, bunlar xaricdən dəstək alırlar…”

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov: “Oktyabrın 19-da Bakının mərkəzində mitinqə cəhd olub. Bu, qeyri-qanuni addımdır. Bir qrup Azərbaycanı istəməyən, xalqın, dövlətin əleyhinə erməni lobbisi ilə əlbir olanlar ölkəmizdə sabitliyi pozmağa cəhd etdilər, xalq-iqtidar birliyinə xələl gətirməyə çalışdılar”.

Birinci vitse-spikeri Ziyafət Əsgərov: “Onlar qəsdən belə hərəkətlər edirlər ki, iğtişaşlar olsun, qarışıqlıq yaransın. 1992-ci ildə mülki və siyasi hüquqlar haqqında paktı Əbulfəz Elçibəy imzalamışdı. Həmin aktda da sərbəst toplaşmaq haqqında bütün müddəalar yer alıb. Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir”.

Deputat Səməd Seyidov: “Bir neçə gün sonra ən mühüm beynəlxalq təşkilatlardan biri olan Qoşulmama Hərəkatının Azərbaycanda zirvə toplantısı keçiriləcək. Həmin qüvvələr, eyni zamanda Azərbaycan-Amerika münasibətlərinə xələl gətirmək istəyirlər. Lakin bu,mümkün olan məsələ deyil. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.

Deputat Kamilə Əliyeva: “Bu gün bir qrup radikal Azərbaycanda hakimiyyətə gəlmək üçün normal demokratik yoldan istifadə etmək istəmir, anti-Azərbaycan qüvvələrdən alınan ianələr hesabına iğtişaşlar yaratmaq istəyirlər”.

Son yazılar

Rusiya sülhməramlıları Xankəndidə şagirdlərə təhlükəsizlik təlimi keçiblər

by Mikroskop
25 Dekabr 2020
0
Rusiya sülhməramlıları Xankəndidə şagirdlərə təhlükəsizlik təlimi keçiblər

Rusiyanın Dağlıq Qarabağdakı Humanitar Minalardan Təmizləmə Mərkəzinin hərbi qulluqçuları Xankəndidədi məktəb şagirdləri üçün sülhməramlılıq təlimi keçiblər. Rusiya müdafiə nazirliyinin dekabrın...

Read more

Can Dündar 27 il 6 ay həbs cəzasına məhkum edilib

by Mikroskop
23 Dekabr 2020
0
Can Dündar 15 gün ərzində Türkiyədəki məhkəməyə gəlməsə, “qaçaq” sayılacaq

Türkiyəli jurnalist Can Dündar qiyabi olaraq 27 il 6 ay həbs cəzasına məhkum edilib.  Jurnalist casusluq və silahlı terrorçu təşkilata...

Read more

Məhkəmə kürd siyasətçiyə 22 il həbs cəzası verib

by Mikroskop
22 Dekabr 2020
0
Məhkəmə kürd siyasətçiyə 22 il həbs cəzası verib

Türkiyə Xalqların Demokratiya Partiyasının (HDP) Hakkaridən olan keçmiş millət vəkili və Demokratik Cəmiyyət Konqresinin (DTK) həmsədri Leyla Güvən 22 il...

Read more

Koronavirusun yeni formasına görə bir neçə ölkə Britaniyaya uçuşları qadağan edir

by Mikroskop
21 Dekabr 2020
0
Koronavirusun yeni formasına görə bir neçə ölkə Britaniyaya uçuşları qadağan edir

Avropanın və Yaxın Şərqin bir neçə ölkəsi koronavirusun mutasiya uğramış yeni növünün yayılması ilə əlaqədar Böyük Britaniyaya uçuşları qadağan edir....

Read more

İşğaldan azad olunmuş ərazilərin bərpasına 2,2 milyard manat ayrılacaq

by Mikroskop
21 Dekabr 2020
0
İşğaldan azad olunmuş ərazilərin bərpasına 2,2 milyard manat ayrılacaq

Dekabrın 21-də 2021-ci il dövlət və icmal büdcənin layihələri Milli Məclisə təqdim olunub. Layihədə növbəti il təhsil, səhiyyə və sosial...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia