Bazar ertəsi, 8 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Elina üçün susma” kampaniyası təşkilatçıları məhkəmə qərarı ilə bağlı bəyanat yayıb

25 Oktyabr 2019
A A
Elinanın intiharından sonra tibbi baxımdan nə etmək lazım idi? İzah edirik!

"Elina üçün susma!" kampaniyası üçün hazırlanan illustrasiya

“Elina üçün susma” kampaniyasının üzvləri “Elina Hacıyeva işi”ndəki məhkəmə qərarı ilə bağlı bəyanat yayıb. Bəyanatda Elina Hacıyevanın təhsil aldığı məktəbin direktoru Sevinc Abbasova ilə bağlı prokurorluğun irəli sürdüyü ittiham və məhkəmənin qərarı tənqid olunur. Kampaniya üzvləri deyir ki, prokurorluq direktora birincisini Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan adam ölümü ilə nəticələnən səhlənkarlıq) ilə ittiham irəli sürməli idi.

İllustrasiya: mikroskop media

Direktor S.Abbasova ilə E.Hacıyeva arasında olan hüquq münasibətləri hər bir halda idarəçiliyə aid məsələlər idi. Ona görə də E.Hacıyevanın intihar cəhdindən sonra S.Abbasovanın təcili tibbi yardımı çağırmaq öhdəliyi sonuncunun vəzifə öhdəliklərindən irəli gəlirdi. Bu baxımdan S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmamağa görə Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə ittiham edilməli idi. Lakin prokurorluq bunun əvəzinə onu Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə ittiham etməyi seçdi. Halbuki bu maddə vəzifə cinayətlərinə aid məsələ deyil.

Bəyanatda o da deyilir ki, Sevinc Abbasovaya verilən cəza ədalətlilik prinsipi nöqteyi-nəzərindən həddən ziyadə yüngüldür və məhkəmənin qərarı direktorun əfv edilməsinə bərabər addımdır:

Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edilərkən, digər amillərlə yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti nəzərə alınır. Cinayət işi materiallarına əsasənən azı 2019-cu ilin yanvar ayından direktor E.Hacıyevanın bullinqə məruz qalması və onun həmin vaxt intihara cəhd göstərməsindən məlumatlı idi. Buna baxmayaraq, direktor S.Abbasova E.Hacıyevanın vəziyyəti ilə bağlı heç bir tədbir görməyib və əksinə, onun özünə münasibətdə alçaldıcı mövqe nümayiş etdirib. S.Abbasovanın bu əməlləri onun müstəsna məsuliyyətsiz ictimai şəxsiyyət olduğunu göstərir.

Qeyd edilənlərdən əlavə, məhkəmə nəzərə almalı idi ki, bu iş üzrə direktorun səhlənlənkarlığı nəticəsində bir insanın ölümü baş verib. Lakin nə prokurorluq, nə də məhkəmə bunları nəzərə almadı. Əksinə, formallıq edərək direktor S.Abbasovaya azadlıqdan məhrum etmə cəzası vermədi. Bununla da həm prokurorluq, həm də məhkəmə E.Hacıyevanın məruz qaldığı haqsızlığa münasibətdə addım atmamağı seçmiş oldu. Direktor S.Abbasovaya verilən cəza işin həqiqi halları – E.Hacıyevanın məruz qaldığı haqsızlıq nəzərə alındıqda direktorun əfv edilməsinə bərabər addımdır.

Kampaniya üzvlərinin bəyanatlarında toxunduğu digər məsələ isə həkimlərin məsuliyyəti ilə bağlıdır. Onlar hesab edir ki, prokurorluq və məhkəmə həkimləri məsuliyyətdən yayındırıb. Halbuki, 1 saylı Klinik Tibbi Mərkəzin (Semaşko) həkimlərinin qismən məsuliyyətli olduğu güman edilir.

#ElinaÜçünSusma kampaniyası təşkilatçıları eyni zamanda hesab edirik ki, dövlət təhsil müəssisələrində şagirdlərin təhlükəsizliyi təmin edilmir. Bu səbəbdən də dövlət təhsil müəssisələrinə əmanət edilmiş şagirdlər daimi bullinq təhdidi altında haqsızlıqlara məruz qalırlar.

Təşkilatçılar nə tələb edir: Bu qətl Azərbaycan Hökumətinin sistemli səhlənkarlığının təzahürüdür. Bunları nəzərə aldıqda E.Hacıyevanın timsalında icbari təhsilə cəlb edilmiş bütün şagirdlərin təhlükəsizliyi daimi diqqətdə saxlanılmalı və Hökumət bullinq məsələsində öhdəliyi olan tədbirləri görməlidir. Hazırkı məqamda Hökumətin öhdəliyi olan tədbirləri görmədiyi barizdir. Əlavə olaraq, E.Hacıyevanın işinin halları bu cür sistemli səhlənkarlığı edən şəxslər layiqli cəzalarını almırlar. Beləliklə, E.Hacıyevanın işinin timsalında səmərəli anti-bullinq tədbirlərinin görülməsi Azərbaycan Hökumətinin təcili icra edilməli öhdəliyidir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia