Çilidə 1 həftədir davam edən etiraz aksiyalarına görə ölkə başçısı Sebastiyan Pinera kabinetdə dəyişikliklır edəcəyini açıqlayıb. O, jurnalistlərə açıqlamasında deyib:
Xalqın tələbinə cavab vermək üçün kabinetdə dəyişikliklərin olacağı ilə bağlı nazirlərimi məlumatlandırmışam.
Nə baş verib: Çilidə aksiyalar paytaxt Santyaqoda ən vacib nəqliyyat vasitəsi hesab olunan metronun gediş haqlarının artmasına etiraz olaraq başlayıb. 4% artımın əleyhinə olan vətəndaşlar turniketdən hoppanmaqla etiraza başlayıb. Bunu edənlərə sərt müdaxilə isə etirazların miqyasını böyüdüb. Bu gün etiraz aksiyalarına 1 milyondan çox adam qoşulub.