Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bir xalçaçı 250 manatı əslində neçə müddətdə qazanır? İzah edirik!

06 Noyabr 2019
A A
Bir xalçaçı 250 manatı əslində neçə müddətdə qazanır? İzah edirik!

İlham Əliyev simvolik olaraq xalça saplarını kəsir. Foto: president.az

Prezident İlham Əliyev bir neçə gün əvvəl “Azərxalça”nın Qəbələ filialının açılış mərasimində iştirak edib. Qurumun İdarə Heyətinin sədri Vidadi Muradov bu zaman prezidəntə xalça toxuyanların əmək haqqı haqqında da məlumat verib.

Məlum olub ki, onlar toxunan hər xalçaya görə 250 AZN maaş alır. Toxunan xalça nə qədər çox olsa, maaş da o qədər çox ola bilər.

Bəs bir xalçanın toxunmağı neçə günə başa gəlir? Toxunan xalçalar daxili və xarici bazarda necə satılır? Onların qiyməti neçəyədir?

Mikroskop bu sualların cavabını tapmağa çalışıb.

İlham Əliyev simvolik olaraq xalça saplarını kəsir. Foto: president.az

1

Xalça neçə müddət ərzində toxunur?

Fiziki olaraq bir xalçanın toxunmağına minimum bir ay yarım, iki ay vaxt lazım olur. Xalça toxuyanlar deyirlər ki, 1 kv metr xalçanın tounmasına 1 ay yarım vaxt gedir. Bir ay ərzində isə ancaq seyrək xalçanı toxuyub çatdırmaq olar, bundan tez isə mümkün deyil. Buna əsasən belə qənaətə gəlmək olur ki, bir xalçaçı ən azı 1 ay yarım vaxt ərzində evinə 250 manatdan çox maaş aparmaq gücündə deyil.

2

Xalçalar harada və necə satılır?

Bakıda xalça satışı müxtəlif yerlərdə, əsasən də İçərişəhərdə həyata keçirilir. Burada xalça satışı ilə məşğul olanlar deyir ki, turistlər onlardan xalça alandan sonra onu mütləq şəkildə Xalça Muzeyində qeydiyyatdan keçirməlidirlər və onun üçün sertifikat almalıdırlar. Sertifikat imkan verir ki, onlar həmin xalçanı hər hansı bir problem olmadan ölkədən kənara çıxara bilsinlər.

Azərbaycan Xalça Muzeyi qədim xalçalara şəhadətnamə verdiyini təsdiqləyib.

Sertifikat iki qiymətədir:

  • Bir gün ərzində verilən sertifikat – 45 AZN

  • 7 gün ərzində verilən sertifikat – 25 AZN

Xalça satanlar bu qaydanın onların işinə ciddi təsir etdiyini ,satışın kəskin azalmasına səbəb olduğunu deyirlər.

Məsələn, hər turistin yetərincə zamanı və həvəsi olmaya bilər ki, aldığı məhsulu qeydiyyatdan keçirtsin.

“Azəralça” isə deyir ki, bu qurum ancaq öz məhsullarına cavabdehdir və öz məhsullarına sertifikat verir. Digər yerlərdə satılan xalçaların isə onlara heç bir aidiyyatı yoxdur.

İlham Əliyev xalçaçı qadınlarla görüşür. Foto: president.az

3

Bəs Azərbaycan xalçaları hansı ölkələrə və neçəyə satılır ?

İlham Əliyevin 21 sentyabr 2016-cı ildə imzaladığı sərəncamla “Azexport.az” adlı sayt yaradılıb. Bu platforma Azərbaycan mənşəli malların daxili və xarici bazarlarda satışını təşkil edir.

Həmin saytda Azərbaycan xalçalarnın qiyməti 646 manatla 2,040 manat arasında dəyişir.

İçərişəhərdəki satıcılar xalçalardan kiçik ölçülü olanlar 150-200 manata , böyük ölçülü olanlar isə 400-500 manata satdıqlarını deyirlər.

Azərbaycanda əşyalara şəhadətnamə verilməsi “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarı ilə tənzimlənir.

Qaydaya görə, ekspertizaya təqdim olunmuş əşyanın Azərbaycan üçün tarixi-elmi-mədəni əhəmiyyəti təsdiqlənməzsə, ixracına icazə verilir. Əhəmiyyətli sayılarsa, o zaman Azərbaycanın özü bu mala müştəri çıxa bilər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia