Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyanı 4 il müddətinə Olimpiya oyunlarından kənarlaşdırıb.
Euronews yazır ki, İsveçrənin Lozan şəhərində yerləşən mərkəzi qərargahda qəbul edilən qərara əsasən Rusiyanın 2020 Tokio Yay Olimpiya Oyunları və 2020 Pekin Qış Olimpiya Oyunlarında iştirakı mümkün olmayacaq. 2023-cü ilə qədər Rusiyanin heç bir rəsmisi beynəlxalq idman yarışlarına qatıla və eyni zamanda çempionatlara ev sahibliyi edə bilməyəcək.
Dopinq aşkarlanmayan idmançıların kariyerası necə olacaq: Qurum hesab edir ki, dopinq qəbul etmədiklərini sübut edə bilən rsu idmançılar fərqli loqo və bayraq altında fərdi şəkildə olimpiada və çempionatlarda iştirak edə biləcəklər.