Çərşənbə axşamı, 9 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bakıda tramvay xətlərini niyə sökməyə başladılar və bu niyə yanlış qərar idi? İzah edirik!

17 Dekabr 2019
A A
Bakıda tramvay xətlərini niyə sökməyə başladılar və bu niyə yanlış qərar idi? İzah edirik!

Bakıda olan tramvay. Foto: novosti.az

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakıda əvvəllər mövcud olan tramvay xətlərinin sökülməsinin ölkəyə ziyan vurduğunu deyib və tramvay xətlərinin bərpa ediləcəyi barədə danışıb.

“Xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.

Bakıda olan tramvay. Foto: novosti.az

Ümumiyyətlə Bakıda tramvaylar niyə söküldü?

Bakıda tramvay xətləri intensiv şəkildə zamanla azaldıldı. 1990-cı ildə tramvay yollarının uzunluğu 46,6 km, 1999-cu ildə 35,9 km, 2003-cü ildə isə 22,0 km olub.

Metronun “Xətai” stansiyasından Montin bazarına qədər uzanan sonuncu tramvay xətti 2004-cü ildə sökülüb. Şəhər rəhbərliyi bunu Mərkəzi Bankın yanında yenicə istifadəyə verilən göydələnin silkələnməsi ilə əsaslandırdı. Həmin vaxt tramvay ən ucuz nəqliyyat vasitəsi idi və hazırkı məzənnə ilə gediş haqqı 5 qəpik idi. Amma sökülmənin səbəbi təhlükəsizliklə əsaslandırıldığından bu, sərnişinlər arasında etiraza səbəb olmadı. O dövrdə metroda və avtobuslarda gediş haqqı 10 qəpik, bəzi avtobuslarda isə 20 qəpik idi.

Sonralar paytaxtın mərkəzində, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən tramvay parkının yerində göydələnlər inşa edildi.

Bakıda son tramvay xətlərinin kəsilməsi isə İlham Əliyevin prezidentliyinin ilk ilinə, 2004-cü ilə təsadüf edir.

Tramvay xətlərinin bərpası nə vaxt gündəmə gəlməyə başladı?

2012-ci ilin fevral ayından Azərbaycan hökuməti Bakıda tramvay xəttinin bərpa ediləcəyini açıqlayır.

Bir az da tramvayın iqtisadi və ekoloji faydaları barədə

  • Tramvay sisteminin yaradılması metro tikintisindən dəfələrlə ucuzdur:

1 km metro xətti – 50-100 milyon dollara

1 km tramvay xətti – 10-30 milyon dollara başa gəlir.

  • Tramvayın istismarı avtobusun istismarından xeyli ucuz başa gəlir

  • Əgər orta ölçülü şəhərdə avtobus saatda 4 mindən artıq sərnişin daşıyırsa, tramvay 7 min sərnişini daşımaq iqtidarındadır

  • Günün sıxlıq çox olan saatlarında tramvaya əlavə vaqonlar qoşmaq olur

  • Tramvayın istismar müddəti 40 ildən artıqdır

  • Tramvaylar havanı çirkləndirmir, ətraf mühitə mənfi təsir göstərmir

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia