Bazar, 10 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Donald Trampın impiçmenti barədə nələri bilirik?

19 Dekabr 2019
A A
Donald Trampın impiçmenti barədə nələri bilirik?

Donald Tramp. Foto: Evan Vucci / AP

Spiker Nensi Pelosi impiçmentin birinci maddəsini elan edir. Foto: House Television / AP

ABŞ prezidenti Donald Trampın impiçmenti barədə Nümayəndələr Palatasında səs çoxluğu ilə qərar verilib. Daha sonra isə bu, Amerika prezidentinin mühakimə olunması üçün Senata ötürülüb.

Məhkəmə baxışının müddəti ilə bağlı məsələ isə Nümayəndələr Palatasının impiçmentin iki maddəsini qəbul edəndən sonra ortaya çıxıb. Palatanın spikeri Nensi Pelosi bildirib ki, prezidentin vəzifədən azad edilməsi üçün maddələr Respublikaçıların çoxluqda olduğu Senata ötürülməzdən əvvəl, məhkəmənin ədalətli keçiriləcəyinə əmin olana qədər gözləyəcək.

Məhkəmə prezidentin təqsirli bilinib vəzifədən uzaqlaşdırılması üçün 67 senatordan səslərin üçdə iki hissəsini toplamağı tələb edəcək. Amma Trampın məhkəmədə bəraət alacağı gözlənilir.

Demokratlar isə iddia edir ki, Trampın impiçmenti daha çox mənəvi zərurətdən irəli gəlir, hətta o, öz postunda qalsa belə.

İmpiçment nədir: Bu prosedur ABŞ prezidentinin “dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayət və qanun pozuntularında” ittiham edərək mühakimə edilməsini və vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutur.

Donald Tramp. Foto: Evan Vucci / AP

1

Konstitusiya bu proses haqqında nə deyir?

Konstitusiya Konqresə icazə verir ki, əgər kifayət qədər konqres üzvü prezidentin dövlətə xəyanət, rüşvətxorluq və ya başqa ağır cinayət və xətalar törətdiyinin lehinə səs verərsə, prezidenti vəzifə müddəti bitmədən vəzifədən uzaqlaşdırsınlar.
Lakin burada konqres üzvlərinin törədilmiş əməlin yuxarıda sadalanan qanun pozuntularına aid olub-olmamasını necə müəyyən edəcəkləri qeyd edilmir. Eyni zamanda cinayəti sübut etmək üçün də müəyyən olunmuş standart yoxdur.

Tramp yüngül və ağır cinayətdə ittiham olunaraq Senat tərəfindən məhkəmə araşdırması ilə üzləşən artıq üçüncü prezidentdir. (İlk iki prezident, Endryu Conson və Bill Klinton bəraət qazanmışdı. Prezident Riçard M. Nikson isə impiçment və məhkəmə qarşısına çıxmaq yerinə istefa vermişdi.)

2

Niyə Trampı vəzifədən uzaqlaşdırmaq istəyirlər?

ABŞ gündəmində qalmaqal, Donald Tramp və Ukrayna prezidenti Vladimr Zelenski arasında telefon danışığından sonra yaranıb. Prezidentlərin telefon danışığının stenoqramı ortaya çıxandan sonra məlum oldu ki, Tramp Kiyevə maliyə yardımı qarşılığında Zelenskidən direktorlar heyətinə əsas rəqibi Co Baydenin oğlunun daxil olduğu “Burisma Group” kompaniyasının, həmçinin Hanter Baydenin özünün fəaliyyətini araşdırmağı tələb edib. Tramp Ukraynanın Co Bayden və oğlunu araşdıran sabiq Baş prokuroru Viktor Şokinin istefa şəraitinin tədqiqi barədə xahiş edib.

Bundan sonra Nensi Pelosi bu danışığın qanuna zidd olduğunu və prezidentin vəzifədən uzaqlaşdırılması üçün əsas olduğunu deyib.

3

Bu məsələnin həlli ilə bağlı nə bilirik?

Məhkəmənin 2020-ci ilin yanvarında başlayacağı ehtimal olunsa da dəqiq tarix və onun neçə müddət davam edəcəyi hələlik məlum deyil.

Prezident və onun müttəfiqləri can atır ki, o, ən qısa vaxtda bəraət alsın. Respublikaçılar da prosesin qısalmasında maraqlıdırlar.

Amma N.Pelosinin şərhlərindən belə aydın olur ki, Nümayəndələr Palatası məsələni həll etmədən tətilə gedə və impiçment məsələsi nəticəsiz qala bilər.
Trampdan əvvəl, 1999-cu ildə “yalançı şahidlik” və “ədalət mühakiməsinin işinə mane olmaq”da ittiham edilən Bill Klintonun məhkəməsi 5 həftə davam etmişdi.

https://www.instagram.com/p/B6PYUH3HJVN/

4

Bu müddətdə kim nə işlə məşğul olur?

Əvvəlcə spiker Nensi Pelosi məhkəmədə dövlət ittihamçısı kimi çıxış edəcək millət vəkillərindən ibarət komandanı müəyyənləşdirəcək. Bu komanda “menecerlər” adlanır və Senata impiçmentin maddələrini təqdim edir.

Baş Hakim Con G. Roberts məhkəmədə sədrlik edəcək və hüquqi komanda prezidenti müdafiə edəcək.

Ağ Evin vəkili Pet A. Kipollonun prezidentin xarici vəkilləri ilə birlikdə onu təmsil edəcəyi gözlənilir.

Senat məhkəmə icraatı prosedurları haqqında razılığa gəlməlidir.

Senatorlar, Nyu-Yorkdan Çak Şumer, Kentakkidən Mitç Makkonnell, respublikaçı və demokrat liderlər artıq bu məsələ ilə bağlı mübahisə edirdilər.

5

Bu necə işləyəcək?

Hər hansı bir senator ittihamların ləğv edilməsi üçün ərizə verə bilər. (Bunun üçün sadə səs çoxluğu tələb olunacaq.) Lakin proses davam edərsə, ilkin və yekun bəyanatlar, senatorlardan menecerlərə və müdafiə vəkillərinə suallar və bəlkə də məhkəməyə daha çox çağırış, ifadə vermək və şahid çağırmaq üçün xahişlər ediləcək. Müşavirələrin səsvermədən əvvəl qapalı iclasda keçiriləcəyi ehtimal edilir.

6

Proses necə yekunlaşa bilər?

Hökm çıxarmaq üçün ən azı bir maddə üzrə səslərin üçdə ikisini toplamaq tələb olunur ki, bu da apelyasiya şikayəti imkanı olmadan prezidentin vəzifədən kənarlaşdırılmasına gətirib çıxaracaq.

Belə olacağı təqdirdə onu vitse-prezident əvəz edəcək. Senat daha sonra sadə səs çoxluğu ilə prezidentin gələcəkdə vəzifə tutmasının əleyhinə səs verə bilər. Bəzi gözlənilməz hadisələr istisna olmaqla, məhkəmənin Trampın təqsirli hesab edilməsi ilə bağlı hökm çıxarma ehtimalı az olsa da, qərarın hər iki tərəf üçün siyasi fəsadları ola bilər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia