Cümə axşamı, 18 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı nə danışıb? Müsahibədən çıxarışlar!

18 Noyabr 2020
A A
Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı nə danışıb? Müsahibədən çıxarışlar!

Rusiya prezidenti Vladimir Putin "Rossiya 24" telekanalına müsahibəsində Dağlıq Qarabağdakı vəziyyətdən danışıb. 17 noyabr, 2020. Foto: Kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı noyabrın 17-də “Rossiya 24” kanalına müsahibə verib. Prezident Dağlıq Qarabağ münaqişəsi, üç ölkə arasındakı bəyanatın icrası, Rusiya sülhməramlıları, Türkiyənin münaqişədəki rolu və digər məsələlər barədə danışıb.

Mikroskop Media müsahibədən əsas çıxarışları təqdim edir:

Azərbaycan, Ermənistan və Rusiya arasındakı bəyanatın icrası barədə

Əsas məsələ bölgədə qan tökülməsinin qarşısını almaq idi  və bu alındı. Əvvəl dediyim kimi, 4 mindən çox insan ölüb, mən daha çox olduğunu düşünürəm. On minlərlə insan yaralanıb, şikəst olub. Baxın, bu, film deyil. Bu, hansısa insanların, ailələrin həyatdında baş verən bir faciədir.

Münaqişənin başlanma tarixçəsi haqqında

Nələrin baş verdiyini anlamaq üçün tarixə qayıtmalıyıq. Bütün bunların hələ 1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərində etnik qarşıdurmalardan sonra başladığını xatırlatmaq məcburiyyətindəyəm. Sonra dinc erməni əhalisi əziyyət çəkdi və beləcə bu hadisələr Dağlıq Qarabağa sıçradı. Sovet İttifaqının o zamankı rəhbərliyi hadisələrə lazımi reaksiya vermədi. Burada tərəf tutmaq istəmirəm, kimin günahkar olduğunu demək mümkün deyil, amma qayda-qanun yaratmaq lazım idi, xalqı, mülki əhalini qorumaq lazım idi. Bu edilmədi. Nəticədə ermənilər silaha əl atdılar.

Dağlıq Qarabağın statusu nədir?

Dağlıq Qarabağın yekun statusu tənzimlənməyib. Biz razılığa gəlmişik ki, bu gün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonrası nə olacaq – bunu gələcəkdə gələcək rəhbərlər, prosesin gələcək iştirakçıları həll edəcəklər. Əgər Ermənistan və Azərbaycan arasında münasibətlərin bərpası, münaqişə bölgəsindəki əhali üçün normal həyat şəraiti yaradılarsa, bu, Qarabağın statusunun müəyyənləşməsi üçün də şərait yaradar.

Rusiya sülhməramlılarının rolu barədə

Bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi Dağlıq Qarabağda qan tökülməsinin qarşısını alıb.

Münaqişədə Türkiyənin rolu haqqında

Türkiyə tərəfi birtərəfli qaydada Azərbaycanı dəstəkləyir. Onlar bunu heç vaxt gizlətməyib. Bütün bunlar beynəlxalq qanunların pozulmaması ilə baş verir. Beynəlxalq hüquq mənasında burada nə demək olar? Azərbaycan özünün hesab etdiyi və elə dünya birliyinin də onunku hesab etdiyi əraziləri qaytarırdı. Bu işdə isə o özünə ona köməklik göstərən istənilən müttəfiqi seçə bilərdi.

Türkiyə sülhməramlıları barədə

Burada qıcıqlandırıcı faktorlar var və bunlardan biri də 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş qanlı hadisələrdir. Söhbət soyqırımın tanınıb-tanınmamasından getmir, bəzi ölkələr bu hadisələri soyqırım kimi tanımayıb, Rusiya da daxil, bir başqaları soyqırımı tanıyıb. Amma erməni tərəfini təmas xəttində türk əsgərinin olması ilə qıcıqlandırmaq nəyə lazımdır? Mənə belə gəlir ki, bunu prezident Ərdoğan da yaxşı başa düşürdü. Buna görə də biz razılaşdıq ki, Türkiyə Azərbaycanın tərəfində atəşkəsə nəzarət edəcək. Biz bu işi Türkiyə ilə birgə görəcəyik.

Münaqişənin müharibəsiz həlli nə qədər mümkün idi? 

Əgər hələ 2013-cü ildə razılaşdırılmış tənzimləmə prinsipləri həyata keçirilsəydi, müharibə baş verməyə bilərdi. Təəssüf ki, bir tərəfdən və ya digər tərəfdən aşa bilmədiyimiz əngəllər ortaya çıxdı. Nəticədə, məsələ qanlı, silahlı bir toqquşmaya çevrildi.

Şuşa şəhərinin Azərbaycana qaytarılması haqqında

Bu müharibəyə qədər Şuşanın qaytarılması məsələsi qoyulmamışdı. Oktyabrın 19-20-də mənim prezident İlham Əliyev və Baş nazir Paşinyanla bir neçə telefon danışığım olub. Ümumilikdə mən prezident Əliyevi inandıra bildim ki, hərbi əməliyyatları dayandırmaq olar, amma onun tərəfindən mütləq şərt bu oldu ki, qaçqınlar qayıtsın, o cümlədən Şuşa şəhərinə. Paşinyan isə gözlənilməz halda bu şərti qəbul etmədi. Baş nazir mənə birbaşa dedi ki, bunu Ermənistan və Qarabağın maraqlarına təhdid kimi görür. İndi bu təhlükənin nədən ibarət olduğunu həqiqətən anlamıram.

Nikol Paşinyanın Ermənistana xəyanət etməsi ittihamları barədə

Baş nazir mənə dedi: “Biz axıra qədər döyüşəcəyik”. Buna görə də, ona qarşı xəyanət ittihamlarının heç bir əsası yoxdur. Doğru və ya səhv olması başqa məsələdir, amma burada hər hansı bir xəyanətdən söhbət gedə bilməz.

Qarabağa qayıdan ermənilərin təhlükəsizliyi haqqında

Bu çox vacib və həssas bir məsələdir. Hər iki tərəfdən qayıdan qaçqınların əsl təhlükəsizliyi barədə düşünmək lazımdır, bu missiya rus sülhməramlılarına həvalə olunub.

Noyabrın 9-dakı birgə bəyanat necə imzalanıb?

Mən deyərdim ki, bu çox ağır proses olub, bütün tərəflər üçün. Bu nəticəyə üç tərəfli məsləhətləşmələr əsasında gəlinib. Əslində mən hər iki liderlə danışıb onların mətnlə bağlı tələblərini, şikayətlərini dinləyərək, b digər tərəflə bağlı düzəlişlər edib və ilk növbədə vəziyyətin digər tərəfdaşlar üçün nə qədər qəbuledilən olduğunu müzakirə etməklə vasitəçi olmaq məcburiyyətində qaldım. Faktiki olaraq isə bu, bərabər və üçtərəfli iş idi. Hər şey də həmin gün baş tutub.

Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yeri barədə

Görünür, bu, Azərbaycanın suveren ərazisində olacaq və Azərbaycan onun harada yerləşdirilməsi ilə bağlı qərar qəbul etməkdə müstəqildir

Ermənistanın münaqişədə tək qoyulması iddiaları barədə

Moskva Yerevan qarşısında özünün bütün müttəfiqlik öhdəliklərinə əməl edib və baş nazir Nikol Paşinyan buna görə Rusiyaya dəfələrlə təşəkkürünü bildirib.

Ermənistan razılaşmadan imtina etsə, nə baş verər?

Bu, Ermənistan üçün intihar olardı. Paşinyan üçtərəfli bəyanatımızı imzalayarkən əsl mənzərəni, həqiqi vəziyyəti nəzərə alıb. Əlbəttə ki, əldə olunan razılaşmalara riayət edib-etməmək hər iki tərəfin öz işidir, amma bir daha təkrar edirəm, bu böyük bir səhv olardı. Ümid edirəm ki, bu baş verməz.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia