Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

16 yaşlı şagird oxuduğu məktəbdə cinsi kimliyinə görə bullinqə məruz qalır

26 Noyabr 2021
A A
16 yaşlı şagird oxuduğu məktəbdə cinsi kimliyinə görə bullinqə məruz qalır

Əli Məlikov. Foto: şəxsi arxiv

“Oxuduğum 244 nömrəli tam orta məktəbdə artıq illərdir biseksual olduğuma görə bullinq, ayrı-seçkilik, zorakılıq görürəm”.

Bu sözləri 16 yaşlı Əli Məlikov öz facebook hesabında yazıb.

Onun sözlərinə görə, məktəb direktoru və müavininə dəfələrlə şikayət etsə də, faydası olmur.

Mənə qarşı psixoloji və fiziki təzyiqlər 8-ci sinifdən başlayıb. Həmin ərəfələrdə məktəbdəki bir neçə uşaq cinsi oriyentasiyam haqda məlumat əldə etdi. Daha sonra məktəbin dəhlizində mənə “petux”,  “qızbibi” kimi sözlər atmağa başladılar. O dövrdə oxuduğum məktəblə paralel məktəbdəki bir neçə zorakı uşaq əlbir olub məni yolda gedərkən küncə sıxışdırdılar. Üstümə it cumdururdular. Həmin uşaqların cibində bıçaq da var idi. Yaxşı ki, o zaman dostum yanımda idi, yoxsa aqibətim bəlli deyildi. Bir qrup məktəbli sosial mediada şəkillərimi yayıb haqqımda nalayiq ifadələr işlədirdilər.

Əli Məlikov

Məlikov deyir ki, bu il ərzində onun çantasındakı müxtəlif şəkilli pinlərə, istifadə etdiyi üzərində LGBT bayrağını əks etdirən maskaya görə nəinki məktəblilər tərəfindən hətta təhsil işçiləri tərəfindən iradlar, təhqirlər edilib.

Mənə “petux” deyən oğlanlar elə “Məktəblinin dostu” layihəsinin işçisinin yanında üstümə qışqırıb yenidən həmin ifafəni işlədirdilər. Hadisə barədə direktor Yəhya Abbasova da məlumat verdim. Hətta 3-4 dəfə valideynim də gəlib. Direktor isə dəfələrlə onun qəbuluna gəlməyimə rəğmən məsələyə etinasız yanaşıb.

Əli Məlikov

Şikayətçinin sözlərinə görə, həyatının təhlükə altında olması ilə bağlı  Daxili İşlər Nazirliyinə də müraciət edib. Noyabrın 26-ı Binəqədi rayonunda yerləşən 5 nömrəli polis bölməsinə dəvət olunub.

Məsələ ilə bağlı bir qrup jurnalist sözügedən məktəbə gedib. “Məktəblinin dostu” layihəsinin işçisi Hüseynağa Hüseynov deyib ki, şagird Əli Məlikovla dəfələrlə söhbətlər aparıb və onun şikayətçi olduğu şagirdlər tənbeh edilib.

Biz məktəbin hər bir şagirdinə fərdi yaxınlaşıb deyə bilmərik ki, Əliyə sataşmayın. Əli hansı şagirddən şikayətçi olubsa o uşaqlarla söhbətlər etmişik. Əli tələb edir ki, ona sataşan uşaqları məktəbdən uzaqlaşdıraq. Qanunvericilikdə belə bir qanun yoxdur. Mən Əliyə də demişəm ki, məktəbdə özünə senzura tətbiq etsin. Əli isə öz maskasını ( LGBT bayrağı əks edilən) çıxarıb mənə dedi ki, əgər bunu taxmıramsa deməli, yetəri qədər özümə senzura qoymuşam. Düşünürəm, Əli hələki uşaqdır, o müəyyən qrupların təsiri altına düşüb.

Hüseynağa Hüseynov

Məsələ ilə bağlı Azərbaycanın insan haqları üzrə müvəkkilinin (Ombudsman) sözçüsü Emil Şahzadə Mikroskop mediaya verdiyi açıqlamasında deyib ki, şikayətçi quruma rəsmi müraciət etməyib. Rəsmi müraciət sistemdə əks edildiyi vaxtdan etibarən məsələ araşdırılacaq.

Sistemdə hələki vətəndaşın adı və müraciəti yoxdur. Nə 916 çağrı mərkəzi ilə əlaqə saxlanılıb, nə də saytımızda qeyd olunan ünvanımıza müraciət edilib. Sadəcə öz “facebook” hesabında yazdığı postda səhifəmizi işarələyib. Bu isə rəsmi müraciət deyil. Bəlkə o düşünür ki, bu rəsmi müraciətdir. Amma vətəndaş rəsmi müraciət qaydasını bilmirsə bizimlə əlaqə saxlayıb ətraflı məlumat ala bilər. Amma biz yenə də Səbinə xanıma məlumat vermişik. Məsələ ombudsmanın diqqətindədir.

Emil Şahzadə

Ailə, Qadın və Uşaq komitəsinin sözçüsü Elgün Səfərovun isə sözlərinə görə, məsələ araşdırılır.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia