Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiya tələb edən, NATO müqavimət göstərən tərəfdə. NATO – Rusiya görüşündə nələr danışılıb?

13 Yanvar 2022
A A
Rusiya tələb edən, NATO müqavimət göstərən tərəfdə. NATO – Rusiya görüşündə nələr danışılıb?

Aleksandr Qruşko və Yens Stoltenberq. Foto: Rusiya XİN, NATO int. Kollaj: Mikroskop Media

Yanvarın 12-si Brüsseldə NATO-Rusiya Şurasının iclası baş tutub. Toplantı 4 saata yaxın davam edib. Görüşdən sonra NATO-nun baş katibi Yens Stoltenberq və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bir sıra bəyanatlar verib.

Yens Stoltenberq bəyanatlarında nə deyib:

  • Çətin müzakirə oldu. Rusiya ilə ciddi fikir ayrılıqlarımız var, amma bunları müzakirə etməyimiz artıq yaxşıdır. İki ildir heç danışmırdıq;
  • Rusiya NATO-nu genişləndirməməyi və blokun şərq ölkələrindən qoşunlarını çıxarmağı tələb edir – bu, bizim üçün qəbuledilməzdir;
  • Hər bir ölkə, o cümlədən Ukrayna öz yolunu seçə bilər. Rusiya kimin NATO-ya üzv olacağına, kimin girməyəcəyinə qərar verə bilməz;
  • NATO müdafiə ittifaqıdır. Biz Yuqoslaviyanı məhv etmədik, o, öz-özünə dağıldı. Biz sadəcə olaraq Kosovoya və Bosniyaya vəhşilikləri dayandırmağa gəlmişik;
  • NATO-nun genişlənməsi aqressiya deyil və Rusiya artıq Ukraynaya qarşı aqressiya nümayiş etdirib;
  • Dialoqumuz çətin, lakin zəruridir. Avropada real silahlı münaqişə riski var, ona görə də bugünkü kimi görüşlər vacibdir. Biz münaqişənin qarşısını almaq üçün danışıqlar masasına oturmağa hazırıq. Amma Rusiya güc tətbiq etsə, biz ciddi sanksiyalar tətbiq edəcəyik.

Aleksandr Qruşko bəyanatlarında nə deyib:

  • Danışıqlar fundamental məsələlərdə çoxlu fikir ayrılıqlarını üzə çıxarsa da, səmimi söhbət oldu;
  •  Biz NATO-ya səmimi şəkildə qeyd etmişik ki, münasibətlərin daha da pisləşməsi ciddi risklər daşıyır;
  • Təhdidləri siyasi tədbirlərlə dəf edə bilməsək, ordudan istifadə edəcəyik;
  • Rusiyanın iştirakı olmadan təhlükəsizliyin yaradılması cəhdləri əks nəticə verir. Açıq qapı siyasətinə son qoymaq və NATO-nun şərqə doğru irəliləməməsi üçün hüquqi təminat vermək bizim üçün mütləq imperativ məsələdir;
  • Genişlənmə bizim üçün qəbuledilməz risklər yaradır və buna qarşı çıxacağıq;
  • NATO-nun üzvlərinə qarşı siyasətini heç kimin müəyyən edə bilməyəcəyi tezisi əsassızdır. Biz alyansdakı diplomatik missiyamızın bərpasını istisna etmirik;
  • Ukrayna hakimiyyətini Minsk razılaşmalarına əməl etməyə məcbur etmək lazımdır – o zaman diskalasiya mümkündür;
  • NATO Kiyevə bütün hərbi yardımı dayandırmalıdır.

Konkret nəticə əldə olunmayan 4 saatlıq görüşdən sonra ABŞ Rusiyaya qarşı ciddi xəbərdarlıqedici addım atıb. Belə ki, ABŞ senatı Rusiya qoşunlarının Ukraynaya daxil olması, eləcə də bu ölkə ətrafında münaqişənin daha da gərginləşəcəyi halda Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi haqqında qanun layihəsini dərc edib.

Təklif olunan tədbirlərə daxildir:

  • Rusiya prezidenti, baş naziri, xarici işlər naziri və müdafiə nazirinin, eləcə də Ağ Evin təxmin etdiyi müxtəlif qoşun növlərinin komandirlərinin və digərlərinin ABŞ-a girişinə qadağa və Amerikadakı aktivlərinin dondurulması;
  • İşğaldan sonrakı 30 gün ərzində ABŞ prezidentindən Rusiyanın ən azı 3 ən böyük bankına qarşı sanksiya tətbiq etmək tələbi;
  • Rusiyanın xarici borcuna və “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaların tətbiqi.

Bundan əlavə, 6 ay ərzində ABŞ-ın Maliyyə Nazirliyi, Dövlət Departamenti və kəşfiyyat orqanları Vladimir Putinin, onun qohumlarının və yaxın biznesmenlərin əmlakı haqqında ətraflı hesabat dərc etməli olacaqlar. Onlara qarşı da sanksiyalar tətbiq oluna bilər. Həmçinin ABŞ Ukraynaya hərbi yardımı artırmalı olacaq.

Təklif olunan sanksiyalardan ibarət sənədi beynəlxalq məsələlər komitəsinin rəhbəri Robert Menendez başda olmaqla 26 senator təqdim edib. “The Washington Post” yazır ki, Ağ Ev təklif olunan sanksiyalar paketini dəstəkləyir.

Avropa İttifaqının müdafiə nazirləri də Brestdə Ukrayna ətrafında vəziyyəti müzakirə edib və “təcavüz” halında Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazır olduqlarını təsdiqləyiblər. Aİ bəyan edib ki, Ukraynaya kibertəhlükə üzrə mütəxəssislər göndərmək niyyətindədir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia